Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyun 2022

Ərdoğan üçün pis xəbər: Gənclər ona səs vermək istəmir

Türkiyədə "Unilem" Araşdırma İnstitutunun yeni sorğusuna əsasən, bu ölkədə ilk dəfə səs verənlərin 57,5 ​​faizi Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan 2023-cü il seçkilərində iştirak edəcəyi təqdirdə heç vaxt ona səs verməyəcəklərini deyir.

"Cumhuriyyət" qəzetinin yazdığına görə, Unilem İnstitutunun sorğusu göstərir ki, 18-22 yaş arasında olan gənc seçicilərin yalnız 19,3 faizi hazırkı prezidentə səs verəcəklərini bildirib.

"Ərdoğana, yoxsa müxalifət namizədinə" səs verəcəklərini soruşduqda, 51,9% rəqibə səs verəcəklərini deyib.

Bu araşdırma göstərdi ki, Türkiyədə gənclər də hakim partiyanın müxalifətinə üstünlük verir. Belə ki, 36,9% ana müxalifət Xalq Partiyasına (CHP) səs verəcəyini vurğulayıb. Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyası (AKP) isə 21,2 faizlə ən aşağı yerdə dayanıb.

54%-dən çoxu da Türkiyənin keçmiş parlament sisteminə üstünlük verir. 24,8%-i 2017-ci ildə referendum yolu ilə həyata keçirilən indiki prezidentlik icra sistemini qəbul edir.

Türkiyədə Ərdoğanın başçılıq etdiyi partiyanın iyirmi ildən artıq hakimiyyətindən sonra gələn ilin iyununda prezident seçkilərinin keçiriləcəyi gözlənilir. Ölkənin iflic iqtisadiyyatı, koronavirus pandemiyasının təsiri, hökumətin immiqrasiya siyasəti və xarici siyasət məsələləri AKP və Ərdoğanın özünə dəstəyin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Türkiyənin statistika qurumlarından biri bu yaxınlarda ölkədə işsizlik səviyyəsinin mart ayında artdığını və aprel ayında 11,3 faizə yüksəldiyini açıqlayıb.
1081 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP