Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyun 2022

İraqda qədim əsərləri oğurlamaq istəyən Türkiyə vətəndaşıları həbs edildi

İraq Milli Təhlükəsizlik Qüvvələri Bağdadın Bab əl-Müəzzəm bölgəsində antik əşyaların qaçaqmalçılığı əməliyyatının qarşısını alıb.

"Sabirin News"-in verdiyi xəbərə görə, Milli Təhlükəsizlik Qüvvələri Seçki Komissiyasının əməkdaşı və bir neçə türkiyəlidən ibarət mütəşəkkil dəstənin həyata keçirmək istədiyi oğurluğun qarşısını alıb. Onlar dəyəri təxminən 8 milyon dollar olan qədim lövhü İraqdan çıxarmaq istəyirmişlər.

Xəbər agentliyi Türkiyə vətəndaşı və İraq Ali Seçki Komissiyasının üzvü də daxil olmaqla iki məhbusun şəxsiyyət fotolarını yayıb.

İraq Mesopotamiyanın böyük sivilizasiyalarına, yəni Şumer, Assuriya və Babil sivilizasiyalarına evsahibliyi edir və tez-tez antik əşyaların qaçaqmalçılığının hədəfinə çevrilir. Bu əsərlərdən bəziləri İordaniya-Suriya-Türkiyə sərhədindən keçərək İraqdan çıxır, nəticədə Avropa və Amerika ölkələrinə çatır.


1459 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP