Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyun 2022

SEPAH-ın baş komandanı: Sionist rejim özünü qorumağa qadir deyil

Pakistan Ordusunun Qərargah Rəislərinin Birgə Komitəsinin sədri general Nədim Rza SEPAH komandanı general-mayor Hüseyn Səlami ilə görüşüb.

General Salami Pakistan nümayəndə heyətini salamlayıb, İran və Pakistan xalqları, dövlətləri və hərbi qüvvələri arasında sıx və köklü dini, mədəni və tarixi əlaqələri vurğulayaraq deyib: "İki xalq olaraq bizi bir Allah, böyük Peyğəmbər və Quran birləşdirir. Bundan əlavə, iki xalqı birləşdirən zəngin ortaq mədəniyyət də bu qardaşlıq hissinin daha da artıran digər amilidir. Bunların yanında Quranda və Rəsuli-əkrəmin (ə) təlimlərində uca yer tutan qonşuluq əlaqələrimiz də mövcuddur."

SEPAH komandiri sionist rejimi İslam dünyasının və bəşəriyyətin düşməni kimi xarakterizə edib, sionistlərin əsas dayağı olan amerikalıların da İslam hökuməti ilə əsaslı düşmənçilik etdiyini bildirərək, uşaq qatili olan sionist rejimlə münasibət qurmağın acı nəticələr verəcəyini çatdıraraq deyib: "Sionist rejimi özünü müdafiə edə bilməyən və tamamilə siyasətsiz bir rejimdir. Əsas sual budur ki, bəzi İslam ölkələri təhlükəsizlik və ya iqtisadiyyata sahib olmaq üçün belə bir rejimə necə güvənir? Bunun heç bir mənası yoxdur."

Hüseyn Səlami qeyd edib ki, amerikalıların İslam dünyasında mövcudluğunun töhfəsi böyük parçalanmalar və təfriqələr, uzun sürən vətəndaş müharibələri, evlərin dağıdılması, eləcə də insanların didərgin düşməsi, müsəlman xalqların öz sərvətlərindən məhrum olması, iğtişaş, yoxsulluq və gerilik olmuşdur.

O, Əfqanıstan və Pakistan xalqlarının da amerikalıların dağıdıcı müdaxilələrindən əziyyət çəkdiyini vurğulayıb.

İslam İnqilabı Keşikçiləri Qvardiyasının komandanı daha sonra deyib: "Allahın köməyi ilə düşmənlərimiz geri çəkilir. Ümid edirik ki, bu ölkələr inam və həmrəyliklə öz müstəqilliklərini bərpa edəcəklər."

Pakistan Ordusunun Qərargah Rəislərinin Birgə Komitəsinin sədri general Nədim Rza bu görüşdə İran və Pakistan xalqları və ölkələri arasında dərin ortaqlıqlara toxunaraq deyib: "İslam dünyasındakı ixtilaf və təfriqə ABŞ və Qərb planlarının nəticəsidir. Amerikalılar 20 ildən sonra heç bir təhlükəsizlik yaratmadan Əfqanıstanı tərk etdilər və onların mövcudluğunun heç bir faydası olmadı."

Görüşdə iki ölkə arasında təhlükəsizlik, terrorla mübarizə kimi bir sıra sahələrdə əməkdaşlığın artırılması vurğulanıb.
1619 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP