Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyul 2022

Moskva "Yəhudi Agentliyi"nin fəaliyyətini dayandırmaq əmri verib

Sionist "Jerusalem Post" qəzeti bu gün (çərşənbə axşamı) məlumat yayıb ki, Rusiya hökuməti bu ölkədəki "Yəhudi Agentliyi"nə Rusiyada bütün fəaliyyətini dayandırmağı əmr edib.

Agentliyin bəzi rəsmiləri bu həftə Rusiya hökumətindən məktubu aldıqlarını təsdiqləyiblər və əlavə edbilər ki, hazırda bu agentliyin və sionist rejimin Təl-Əvivdəki xarici işlər nazirliyinin ofislərində bu məktubun cavabı nəzərdən keçirilir və hələ Moskvaya cavab verilməyib.

Sionist qəzet daha sonra əlavə edib ki, bu sərəncam Ukrayna müharibəsi ilə bağlı Təl-Əviv və Moskva arasında artan gərginlikdən sonra verilib.

"Jerusalem Post" həmçinin qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi bazar ertəsi Suriyaya hücumu "qəbuledilməz" adlandırıb və sionist rejimi təqsirkar sayaraq, hücumların qeyd-şərtsiz dayandırılmasını tələb edib.
2057 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP