Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyul 2022

Göyçayda məktəbli intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib.

Rayonun Xəlitli kənd sakini, 2005-ci il təvəllüdlü Allahverdiyev Ayxan Fariz oğlu iyulun 5-də saat 23:00 radələrində yaşadığı evin həyətində özünü asıb. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onu xilas etmək mümkün olmayıb.

11-ci sinif şagirdi Ayxanın özünə qəsd etməsinin səbəbi məlum olub. Kənd sakinlərinin sözlərinə görə, Ayxan zəif gördüyü üçün gözlükdən istifadə edirdi. O, valideyni ilə Bakıya oftalmoloqun yanına gedib, həkim ona telefondan az istifadə etməyi tövsiyə edib.

Anası Ayxanın telefonunu əlindən alıb, onun gözlərinə ziyan olduğunu bildirib. Küsərək həyətə düşən oğlanın evin arxasında intihar etdiyi bildirilir.
1986 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP