Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyul 2022

Ərdoğanın son seçki sorğusunda məğlubiyyəti

"Zaman" qəzetinin (Türkiyənin müxalifət qəzeti) bildirdiyinə görə, keçirilən sorğuya əsasən Rəcəb Təyyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası artıq Türkiyənin öndə gedən və ən populyar siyasi partiyası deyil.

"Rusiya əl-Yəvm" xəbər saytının məlumatına görə, bu sorğunu "Ünalam" Tədqiqat İnstitutu aparıb və onun nəticələri göstərir ki, Ədalət və İnkişaf Partiyası Türkiyə xalqının 22,5 faiz dəstəyi ilə ikinci yerdədir. Halbuki, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası ümumxalq səsverməsinin 23%-ni qazanmaqla, bu sorğuda birinci yerdə dayanır.

"Zaman" qəzeti xəbər verir ki, Ünalam Tədqiqat İnstitutunun direktoru Darya Komorqo telekanallardan birində "Bir sözüm var" adlı verilişdə iştirak edərkən bu sorğunun nəticələrini ifşa edib.

Bu sorğuya əsasən, "İYİ" partiyası 13,3 faizlə üçüncü yerdədir. Sonrakı yerləri 8,7 faizlə Xalqların Demokratik Partiyası və 6,8 faiz səslə Milli Hərəkat (hakim partiyanın müttəfiqi) tutur.

Darya Komorqo rəhbərlik etdiyi institutun keçirdiyi sorğu ilə bağlı deyib ki, Ədalət və İnkişaf Partiyasının səsləri az ölçüdə, lakin davamlı olaraq azalıb. Keçən ay səs vermək istəməyənlərin təsirini təhlil etməzdən əvvəl bu partiyanın səslərinin 25% azaldığını gördük.

O, bu kontekstdə vurğulayıb: "Keçən ay heç bir müstəsna hal olmadı və demişdim ki, Ədalət və İnkişaf Partiyasının birinciliyi itirməsi ehtimalı çox yüksəkdir. Bu günkü sorğuların nəticələri də həmin məsələni təsdiqləyir."

Bu sorğu göstərir ki, "hansı koalisiyaya səs verirsiniz?" sualına cavab olaraq Türkiyə xalqının 39,8 faizi Ümmət koalisiyasını, 33,3 faizi isə Xalq koalisiyasını seçib.

Lakin Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsi məsələsi ilə bağlı bu sorğuda iştirak edənlərin 58%-i ona səs verməyi qəti şəkildə rədd edib, 28,3%-i isə Ərdoğanı dəstəklədiyini bildirib.

Bundan əvvəlki sorğularda da Ərdoğanın rəqiblərindən geri qaldığını, Ankara və İstanbul bələdiyyə sədrlərinin Türkiyənin hazırkı prezidentindən əhəmiyyətli dərəcədə üstünlüyünü göstərirdi.
1900 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP