Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyul 2022

Yəmənin müdafiə naziri: Sionist rejim ən pis vəziyyətdədir

"Əl-Məsirə" televiziya kanalının verdiyi xəbərə görə, Yəmən Milli Qurtuluş Hökumətinin müdafiə naziri Məhəmməd Nasir Əl-Atifi dünən (bazar günü) xəbərdarlıq edib ki, Ərəbistan koalisiyasına daxil olan ölkələr Yəmən xalqına qarşı zülm və mühasirəni davam etdirsələr, yəmənlilər onların sionistlərdən asılı olan taxtlarını kökündən qoparacaq.

Qurtuluş Hökumətinin Siyasi Şurasının üzvü Mübarək Əl-Zaidi ilə birlikdə Məaribdə Saravih cəbhəsində Yəmən ordusu və xalq komitələrini ziyarət edən müdafiə naziri Məarib əyalətinin əhalisinə təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün Yəmən ordusu və xalq komitələrinə köməkliklərinə görə təşəkkür edərək deyib: "Hazırda və keçmişdə təcavüzkar koalisiya ölkələri və onun havadarları tərəfindən Yəmənə qarşı böyük məkirli planlar cərəyan edir və bütün bunlar yalnız sionist rejimə xidmət etmək istiqamətində baş tutur."

O, qeyd edib ki, bu təcavüz yəmənliləri təhqir etmək, Yəmən torpağını işğal etmək və ölkənin sərvətlərini talamaq məqsədilə həyata keçirilib.

Əl-Atifi vurğulayıb ki, yəmənlilər Allahın izni ilə, müdrik rəhbər və mərd insanlarla Ərəbistan koalisiyasına üzv ölkələrin gözlərini çıxardılar, burunlarını yerə sürtdülər və taxtlarını silkələdilər.

Müdafiə naziri daha sonda deyib: "Sionist rejim ən pis vəziyyətdədir və dəstək almaq üçün təcavüzkar koalisiya ölkələri səmtinə qaçır. Təcavüzkar ölkələr də qaçır və sionist rejimə dəstək olmaq üçün onunla münasibətlərini normallaşdırırlar. Hamı qaçır və qaçan qalib gəlmir."

Yəmənin Milli Qurtuluş Hökumətinin müdafiə naziri Sənanın son hərbi imkanlarını vurğulayaraq, təcavüzkar koalisiya ölkələrinin Patriot sistemləri və digər təchizatlarının onlara qarşı təsirsiz hala düşdüyünü bildirib.

Əl-Atifi deyib: "Təcavüzkar ölkələr başa düşməlidirlər ki, indi biz inam və bacarıqla peşəkar, effektiv və yüksək texnologiyalı, hərbi silahlara sahibik. Biz söz veririk ki, onların Patriot sistemləri və əllərində olan digər izləyici raketləri artıq təsirdən düşmüşdür."
1870 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP