Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyul 2022

Sionist general: "İsrail"in hava qüvvələrinin bazaları qarşıdan gələn müharibədə iflic vəziyyətinə düşəcək

Sionist ordusunun generalı və əsgərlərin şikayət komitəsinin keçmiş rəhbəri İshaq Brik son açıqlamalarında bu rejimin hava bazalarının bir neçə cəbhədə müharibəyə hazır olmadığını etiraf edib.

O, "Haaretz" qəzetindəki təhlilində yazıb: "Hərbi hava qüvvələrinin bazaları gələcək çox cəbhəli müharibədə düşmən üçün strateji hədəfdir. Nöqtə atışlı raketlər bir neçə yüz kiloluq döyüş başlığı ilə atılacaq. Həmçinin, pilotsuz uçuş aparatları yüzlərlə kilometr məsafədən bu bazaları hədəfə alacaq. Dronların eskadrilyaları hər gün hava bazaları üzərində uçuşlar həyata keçirəcək və bu bazaların fəaliyyətini və qırıcıların uçuşunu ciddi şəkildə hədəfə alacaq."

İ. Brik vurğulayıb: "Hərbi hava qüvvələri bu məsələyə hazır deyil. Hətta çoxcəbhəli müharibədə işin davam etdirilməsini təmin etmək üçün canlı qüvvə və avadanlıqlar baxımından qeyd olunan bazalarda mövcud olan bir neçə obyekt də sürətlə xarab olur."

Sionist general qeyd edib ki, müharibə zamanı hər bir aviabazada qırıcıların uçması, yerə enməsi və öz tapşırıqlarını yerinə yetirə bilməsi üçün bu bazaların fəaliyyətini davam etdirməyə cavabdeh olan ehtiyat qüvvələrin bir batalyonu var. Bu batalyon eniş zolaqlarından qəlpələrin toplanması, raket zərbəsindən sonra mümkün yanğınların söndürülməsi, yaralıların müalicəsi və bazanın yenidən əməliyyatlara hazırlanmasına cavabdehdir. Hərbi hava qüvvələrində uzun illərdir ki, mütəşəkkil iş aparılmayıb və ehtiyat batalyon yaranandan İsrail ordusu onları tanımır. Bu, ciddi işçi qüvvəsi və texnika çatışmazlığına səbəb olub və bu üzdən sözügedən batalyonlar gələcək müharibədə öz vəzifələrini yerinə yetirə bilməyəcəklər.

Uşaq qatili olan sionist rejimi generalı əlavə edib: "Bazalarda olan batalyonların əksəriyyəti bugün dağılmış vəziyyətə salınıb. Yanğını söndürmək üçün heç bir vəzifə və vasitə yoxdur, bazada demək olar ki, təcili yardım maşınları, nəqliyyat vasitələri və s. görünmür."

O, bir müddət əvvəlki məqaləsində yazmışdı ki, sionist rejim hərtərəfli müharibəyə girərsə, ən pis senari ilə üzləşəcək və qarşıdan gələn müharibə çox böyük itkilərə səbəb olacaq, bir neçə cəbhədən işğal olunmuş ərazilərə hər gün orta hesabla üç min raket atılacaq.

Brik vurğulayıb ki, İsrail ordusu müharibəyə girməyə hazır deyil, eyni zamanda komandirlər və hərbi vəzifəlilər orduda olan çatışmazlıqlara, problemlərə əhəmiyyət vermirlər.
1034 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP