Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyul 2022

Məhərrəm ongünlüyündə İmam Hüseynlə (ə) həmdərd olmaq

Vilayət və vəfadarlıq hökmünə, Uca Allaha, Rəsuli-əkrəmə (ə) imana əsasən, yaxşı olar ki, Məhərrəm ayında Allah rəsulunun (s) Əhli-beytini (ə) sevənlərin əhvalı dəyişsin, bu ayda Peyğəmbərin (s) ailəsinə üz verən ağır müsibətlərə görə, onun həm qəlbində, həm də üzündə hüzn və qəm əsəri görünsün.

Əhli-beyti (ə) sevənlər Məhərrəm ayında öz ləzzətlərindən –istər yemək-içmək olsun, istər yatmaq və danışmaq– bir qədər azaltmalıdır, ata-anasını, yaxud övladını itirmiş şəxs kimi davranmalıdır, Uca Allahın namusunun hörmətini, Peyğəmbərin (s) və İmamın (ə) ailəsinin hörmətini öz canından və ailəsindən üstün bilməlidir, onları öz canından, övladlarından və ailəsindən çox istəməlidir.

Əgər bir kəs Məhərrəm ayının birinci ongünlüyündə belə davrana bilməsə, gərək 9-cu gün (Tasua günü), onuncu gün (Aşura günü) və on birinci gecə hər hansı ləzzətdən uzaq dursun.

Məhərrəm ayının birinci ongünlüyündə hər gün Aşura ziyarətini oxusun və Aşura günü axşamüstünə kimi yemək-içmək, qeyri-zəruri danışıq, dostları ilə görüşmək kimi işlərdən uzaq olsun. Həmin günü ağlamaq və ahü-zarla keçirsin.



İmam Hüseynin (ə) müsibətləri

Bu mətləbdən qafil olmaq olmaz ki, zahirdə də olsa, İmam Hüseynə (ə) elə müsibətlər üz verdi ki, heç bir peyğəmbərə və onların canişinlərinə, hətta dünya əhlindən heç kimə elə müsibət üz verməyib. Xüsusilə də İmam Hüseynin (ə) susuzluq məsələsi. Qüdsi və qeyri-qüdsi hədislərdə bu müsibətlər barədə deyilənlər zehnə sığmır, təsəvvür etmək mümkün deyil və ağlın ona dözməyə taqəti yoxdur.

O həzrətin müsibətlərinin bir hissəsi onun yaxın qohumlarının şəhid olması, hörmətli ailəsinə qarşı hörmətsizlik olunmasından ibarət idi. Sanki İmam Hüseyn (ə) öz Allahı ilə əhd-peyman bağlamışdı ki, Onun razılığını qazanmaq üçün baş və boğazın kəsilməsi, tərəfdaşlarının əzab-əziyyətlə öldürülməsi, aclıq, susuzluq və s. kimi müsibətləri cani-dildən qəbul etsin. Bütün bu müsibətləri İmam Hüseynə (ə) asan və ləzzətli edən ilahi nurların təcəllisi, Allahın cəlal və əzəmətinin kəşfi, Allahın görüşünə və Haqqın vüsalına şövq idi və bunlar hər an o həzrətin müqəddəs ruhuna yetişirdi. İmam Hüseynin (ə) səhabələrindən biri o həzrətin Aşura günü əhval-ruhiyyəsini vəsf edərək deyib: "Aşura günü meydan Hüseynə (ə) daraldıqca və iş çətinləşdikcə, o həzrətin rəngi parlayırdı və sevinc onun mübarək simasında daha aşkar olurdu."

Amma bütün bunlarla yanaşı biz şiələrin qəm-qüssəsinə səbəb olan məsələ Seyyidüş-şühədanın (ə) bədəninə və ailəsinin hüznlü qəlbinə dəymiş yaralardır. İbn Səd ordusunun Aşura günü Kərbəlada İmam Hüseynə (ə) qarşı etdiyi hörmətsizliklər bizim qəlbimizdə qəm və kədəri alovlandırır.

İndi özünü İmam Hüseynin (ə) dostu bilən və ona sevgi bəslədiyini hesab edən hər kəs öz qəm və kədərini aşkar etməlidir. Onun İmam Hüseynlə (ə) həmdərdlik məqsədilə etdiyi əzadarlıq həmin böyük müsibətə uyğun olmalıdır, sanki bu müsibət onun özünə, yaxud əzizlərinə, övladlarına və ailəsinə üz vermişdir. Çünki Allahın rəsulunun (s) buyurduğuna görə, Hüseyn (ə), hər kəsə onun özündən daha yaxındır.

"Əl-Muraqibat" kitabından
997 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP