Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Avqust 2022

İmam Hüseyn (ə) höccəti tamamlayır

İmam Hüseyn (ə) Yezidin qoşunu qarşısında dayanmışdı. Hətta bir nəfər də hidayət olsaydı, imam üçün Allah yolunda dəyərli idi. İmam Hüseyn (ə) Quranı götürüb açdı və onu başına qoyaraq buyurdu: "Allahın kitabı və Rəsulu cəddim Məhəmməd (s) mənimlə sizin aranızda hökm etsin. Ey camaat! Nə üçün məni öldürmək istəyirsiniz? Siz Peyğəmbərin (s) mən və qardaşım haqda "bunlar cənnət cavanlarının ağalarıdır" dediyini bilmirsinizmi?! Əgər buna şübhə edirsinizsə, mənim sizin Peyğəmbərinizin (s) qızının oğlu olduğumu da bilmirsiniz?!"

İmamın (ə) dinləyiciləri Yezidin qoşunu idi. Hüseyn (ə) əvvəl ucadan və səlis şəkildə qoşundan soruşdu: "Mən sizdən kimisə öldürmüşəm, ya əmlakınızı götürmüşəm, yaxud sizə bir xəsarət yetirmişəmmi ki, məndən qisas almağa gəlmisiniz?!"

Qoşundan səs çıxmadı. İmam yenə buyurdu: "Ey Şəbəs ibn Rəbi, ey Həcər ibn Əbcər, ey Qeys ibn Əşəs, Ey Yezid ibn Haris! Mənə "səhralar yaşıllaşmış, meyvələr yetişmiş, sular coşmuşdur. Bizə tərəf gəl. Ordumuz hazırdır və sizin fərmanınızı gözləyir" yazan siz deyildiniz?! İndi sözünüzdən qaçırsınız?"

Burada sükut pozuldu və həmin adamlar hər şeyi dandılar. Hüseyn (ə) buyurdu: "Subhanəllah! And olsun Allaha ki, belə yazmışdınız."

Həzrət onların alçaqlığını hamıya göstərmək üçün Yezidin qoşun başçılarına dedi ki, Kufəyə getməyimi istəmirsinizsə, icazə verin öz karvanımla geri qayıdım". Ancaq Qeys ibn Əşəs dedi:

"Ey Hüseyn! Əmin oğlunun hökmünü qəbul et ki, heç kimin burnu qanamasın." İmam ona belə cavab verdi: "Yox! And olsun Allaha! Nə zəlillər kimi sizə təslim olaram, nə də qullar kimi qarşınızdan qaçaram."

Bu zaman dözümünü itirmiş Şimr bağırdı: "İndi cəhənnəmə gedəcəksən!" İmam (ə) buyurdu: "Allahu-Əkbər! Cəddim Peyğəmbər (s) mənə belə xəbər vermişdi: "Sanki bir iti görürəm ki, dilini Əhli-beytimin qanına vurur." Güman edirəm ki, həmin it sənsən."

"Sarəllah" kitabından, səh. 50
920 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP