Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2022

İngiltərədə sionist rejim əleyhinə aksiya - Dəstəyi dayandırın

İngiltərədə nümayişçilər bu ölkənin baş nazirinin ofisi qarşısına toplaşaraq Londonun uşaq qatili olan sionist rejimə dəstəyinin dayandırılmasını tələb ediblər.

Xəbər mənbələri bildirir ki, İngiltərədə çoxlu sayda ictimai fəal dünən (çərşənbə günü) Böyük Britaniya baş nazirinin rəsmi ofislərinin yerləşdiyi Dauninq-stritdə sionist rejimin Qəzzada törətdiyi son cinayətlərə etiraz etmək üçün toplaşıb.

"Labouroutlook" informasiya agentliyinin verdiyi xəbərə görə, bu nümayiş "Fələstinlə Həmrəylik Kampaniyası", "Müharibənin dayandırılması üçün koalisiya", "Nüvə Silahsızlığı Kampaniyası" və "Əl-Əqsa Məscidinin Dostları" kimi Fələstin tərəfdarı olan qrupların dəstəyi ilə keçirilib.

Bu nümayiş uşaq qatili olan sionist rejimin Qəzzanın müxtəlif bölgələrini üç gün ərzində bombardman etməsi və nəticədə 16-sı uşaq olmaqla 47 fələstinlinin şəhid olmasının ardınca baş tutub.

Dünənki nümayişdə sionist rejim tərəfindən şəhid olan 16 uşağın adı aksiya iştirakçıları tərəfindən oxunub.

Sionist rejim ötən il Qəzzəyə hücum edərək 260 fələstinlini qətliam etdi. Bu iki hücum illərdir mühasirədə olan Qəzza zolağında problemləri daha da artırıb.

Britaniyalı nümayişçilər Qəzzanın bombalanmasına, fələstinlilərin öldürülməsinə son qoyulmasını tələb edib və Britaniya hökumətindən sionist rejimin silahlandırılmasını dayandırmasını istəyiblər.

Nümayişçilər həmçinin Qəzzanın blokadası və İordan çayının qərb sahilinin işğalının davamı, Qüdsdəki fələstinlilərin evlərinin qanunsuz boşaldılması və sionist rejimdə aparteidin mahiyyətindən danışıblar.
767 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP