Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Avqust 2022

Həşd-Şəbi Mosulda terror planını zərərsizləşdirib

İraqın rəsmi KİV-lərinin verdiyi məlumata əsasən, bu ölkənin Həşd-Şəbi qüvvələri Mosulda təhlükəsizlik qüvvələrini və mülki insanları hədəfə alan terror planının qarşısını alıb.

Həşd-Şəbi Təşkilatının məlumat bürosu bu haqda bildirib: "Həşd-Şəbi və digər təhlükəsizlik qüvvələrinin birgə əməkdaşlığı ilə bu terror tələsi zərərsizləşdirilib."

Həşd-Şəbinin qabaqlayıcı əməliyyatı zamanı çoxlu miqdarda TNT partlayıcısı və terrorçuların partlayıcı maddələr yerləşdirdiyi cihazlar aşkar edilərək götürülüb.

Qeyd edək ki, İraq 2017-ci ilin dekabrında İŞİD terror qruplaşması ilə 3 il davam edən toqquşmadan sonra öz torpaqlarını bu terror qruplaşmasının işğalından tam azad etdiyini açıqlasa da, bu ölkədə qalan İŞİD ünsürlərinin təmizlənməsi və təqib edilməsi əməliyyatı davam edir.
816 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP