Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Avqust 2022

Əz-Zahar: İranın müqavimətə verdiyi dəstəyi yüksək qiymətləndiririk

HƏMAS-ın Siyasi Bürosunun üzvü Mahmud əz-Zahar Əl-Əqsa radio şəbəkəsində yayımlanan Mehvər verlişinə müsahibəsində İran İslam Respublikasının sionizm vəhşiliyi əleyhinə müqavimət cəbhəsinə verdiyi dəstəyi yüksək qiymətləndirib və təşəkkür edib.

Əz-Zahar deyib: "Müqavimət mehvərinə verdiyi dəstəyə görə İrana təşəkkür edirik."

HƏMAS üzvü vurğulayıb: "Hal-hazırda biz "Son vəd" döyüşünün astanasındayıq və buna hazırlaşmalıyıq."

Əz-Zahar HƏMAS-ın digər ərəb və İslam ölkələri və bütün dünya ölkələri ilə əlaqələrini Fələstinin azad edilməsinə uyğun tənzimləndiyini bildirərək deyib: "Bu hərəkatın Misirlə əlaqəsi də aydındır və Fələstin məsələsində bu ölkənin rolu önəmlidir."

HƏMAS rəsmisi İordan çayının qərb sahilində sionist rejim əleyhinə müqavimət haqqında deyib: "İordan Vadisinin qərb sahilindəki müqavimət irəliləyiş və sionist dairələrdə çaşqınlıq və narahatlıq yaratmaq baxımından Qəzzə müqavimətinin bir versiyasıdır. İordan Vadisinin qərb sahilindəki şəhidlərin cəsədlərində müqaviməti təsdiqləyən geniş milli vəziyyət görürük."
1092 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
Go to TOP