Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Avqust 2022

Yezidin İmam Zeynülabidinlə (ə) söhbəti

İmam Hüseynin (ə) kəsilmiş başı ilə birlikdə İmam Səccadı (ə) və başqa əsirləri Yezidin sarayına gətirdilər. Həzrətin boynuna zəncir taxmışdılar.

Yezid, İmama (ə) dedi: "Həmd olsun atanı öldürən Allaha".

İmam buyurdu: "Allahın lənəti olsun atamı öldürənlərə!"

İmamın sözündən qəzəblənən Yezid əmr etdi ki, onu qətlə yetirisnlər. İmam buyurdu: "Əgər məni öldürsən, Peyğəmbərin (s) qızlarını evlərinə kim çatdıracaq? Onlara məndən başqa məhrəm adam yoxdur".

İmamın (ə) qətiyyətli sözlərindən duruxan Yezid dedi: "Sən onları evlərinə çatdıracaqsan". Sonra Yezid bu ayəni oxudu: "Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız (əməllərin) ucbatındandır!" Sonra həzrətin əllərini açdırdı. İmam Zeynülabidin (ə) onun cavabında buyurdu: "Düşündüyün kimi deyil. Oxuduğun ayə bizim haqqımızda nazil olmayıb. Bizim haqqımızda nazil olan budur ki, insanları yaratmazdan qabaq səma kitabında yazılmışlardan başqa müsibət görməzsiniz. Əlinizdən çıxana təssüflənməyin, əlinizə keçənə sevinməyin". Bu ayə bizə aiddir.

Yezidin peşman olması

İmam Zeynülabidinin (ə) və həzrət Zeynəbin (ə) odlu və insansları oyadıcı çıxışlarından sonra Yezid İmam Hüseyn (ə) üçün üç gün matəm saxlanmasına icazə verir.

Yezid həzrət Zeynülabidinə (ə) onun üç istəyini yerinə yetirməyə hazır olduğunu bildirdi. İmam (ə) buyurdu: "Birinci istəyim atamın üzünü görüb onunla vidalaşmaqdır. İkinci istəyim bizdən qarət edilən əmlakın geri qaytarılmasıdır. Onların arasında həzrət Fatimənin (ə) paltarı, başörtüyü, boyunbağısı və yunəyirəni kimi yadigarları vardır. Üçüncü istəyim budur ki, məni öldürmək fikirin varsa, bu qadın və uşaqları babamın şəhərinə sağ-salamat çatdıracaq bir şəxslə göndər".

Yezid dedi: "Atanın üzünü heç vaxt görməyəcəksən. Sizdən qarət olunan əmlakı isə əlavə 200 dinarla qaytaracağam. Səni öldürmək fikirindən də daşındım, qadın və uşaqları Mədinəyə özün aparacaqsan".

"Sarəllah" kitabından, səh. 133-136
1168 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
Go to TOP