Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Avqust 2022

Məsumları ziyarət etməyin ədəb və qaydaları

Bütün ziyarətgahlarda riayət edilməsi bəyənilən və müstəhəb olan əməllər bunlardır (1):

1. Hərəmə daxil olmazdan qabaq qüsl almaq (24 saatda bir dəfə qüsl etmək kifayətdir).

2. Qüsl alarkən qüsl barədə söylənilmiş duaları oxumaq.

3. Dəstəmazlı olmaq, cənabətli, heyzli və nifaslı olmamaq.

4. İmam Hüseynin (ə) ziyarətindən başqa bütün ziyarətlərə gedərkən pak, təmiz, ağ və təzə geyimlər geymək.

5. Müqəddəs ziyarətgaha gedərkən çox aramlıqla və vüqarla yerimək, kiçik addımlar atmaq.

6. İçəri daxil olarkən ayaqyalın olmaq.

7. İmam Hüseynin (ə) ziyarətindən başqa bütün ziyarətlərə gedərkən ətirlənmək.

8. Hərəmə gedərkən hüzuri-qəlbli olmaq.

9. Hərəmin qapısında dayanmaq, salam vermək və içəri daxil olmaq üçün izn almaq.

10. Ziyarətə nail olduğu üçün Allaha şükür səcdəsi etmək.

11. Hərəmə sağ ayaqla daxil olub, sol ayaqla çıxmaq.

12. Zərihə qarşı tərəfdən yaxınlaşmaq və özünü ona yapışdırmaq.

13. Məzarı öpmək və üzün sağ tərəfini ona sürtmək.

14. Ziyarət vaxtı məsumla üzbəüz dayanmaq.

15. Məsumun baş tərəfinə getmək, üzü qibləyə dayanaraq dua etmək.

16. Ziyarət vaxtı ayaq üstə dayanaraq dua etmək (əgər ayaq üstə dayana bilmirsə, otura bilər).

17. Başı aşağı salmaq, sağa-sola baxmamaq.

18. Hərəmə daxil olarkən və ziyarətnamə oxumazdan əvvəl təkbir demək.

19. Məsumların özü tərəfindən nəql olunmuş ziyarətlərnamələri oxumaq.

20. Məzarın baş hissəsində dayanaraq ziyarət namazı qılmaq.

21. Ziyarət namazından sonra dua etmək.

22. Özünün və din qardaşlarının hacətini Allahdan istəmək.

23. Qohumları və dostları tərəfindən naib olaraq niyabət ziyarəti etmək.

24. Quran tilavət etmək və onun savabını məsuma hədiyyə etmək.

25. Puç və faydasız sözlər danışmaqdan çəkinmək.

26. Məsumun hüzurunda səsini qaldırmamaq.

27. Hərəmdə bihudə və əbəs yerə oturmamaq, ziyarət etdikdən sonra oradan çıxmaq.

28. Hərəmdən xaric olduqda məsuma arxa çevirməmək üçün arxaya addımlamaq.

29. Yenidən ziyarət etmək üçün qayıtmağı qərara almaq.

30. Məsumlar tərəfindən söylənmiş ziyarətnamələrlə məsumla vidalaşmaq.



İmam Hüseynə (ə) məxsus ziyarətin ədəb və qaydaları

İmam Sadiq (ə) buyurub: "İmam Hüseyni (ə) ziyarət edərkən:

1. Qəmli ol.

2. Toz-torpağa bulaşmış ol.

3. Ac halda ziyarət et.

4. Susuz olduğun halda ziyarət et.

5. Tüklərin dağınıq olsun.

Çünki imam Hüseyn (ə) qəmli, ürəyi sınıq, pərişan, toz-torpağa bulaşmış, ac və susuz halda şəhid oldu. Belə halla get ziyarət et, hacətlərini istə və qayıt. Orada qalıb oranı özünə vətən etmə!" (2) (Çünki orada yaşamaq imamın hüzurunda olmaq hissini adiləşdirə bilər.)



1. "Tərcumeyi-Kamiluz-ziyarat", səh. 427 və 755; "Səvabul-əmal", səh. 244.

2. "Tərcumeyi-Kamiluz-ziyarat", səh. 430
1262 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
Go to TOP