Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Avqust 2022

Çinlə ABŞ arasında müharibə başlayarsa...

Çin ABŞ-la müharibə olacağı təqdirdə Sakit Okeanda yerləşən və ABŞ-ın “qala”sı hesab olunan Quam adasını vura bilər.

Bu barədə “Popular Mechanics” nəşrində dərc olunan yazıda bildirilir.

Qeyd olunur ki, Quam “ABŞ-da ən hərbiləşdirilmiş ərazilərdəndir. Belə ki, burada ordu, dəniz donanması, hava qüvvələri və dəniz piyadaları korpusunun bölmələri Çinlə uzunmüddətli strateji rəqabətə hazırlaşır”.

Adada Andersen Hərbi Hava Qüvvələri bazası yerləşir ki, burada ABŞ Hərbi Hava Qüvvələrinin 36-cı aviaqanadı bərqərar olub. Həmçinin ərazidəki Apra limanında Hərbi Dəniz Qüvvələrinin gəmi və sualtı qayıqları yerləşir.

Quam adasını ballistik raketlərdən Yüksək Dağ Zonası Müdafiə Terminalı (THAAD) kompleksi qoruyur.
1404 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
Go to TOP