Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Sentyabr 2022

Özünü yandıran qazinin vəziyyəti ilə bağlı son xəbər

Bir neçə gün əvvəl özünü yandıran Vətən müharibəsi qazisi Təbriz Abdullayevin vəziyyəti ağır stabildir.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Məlumata görə, qazinin müalicəsi Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinin Reanimasiya şöbəsində aparılır.

Xatırladaq ki, avqustun 18-də səhər saat 11:00 radələrində Qarabağ qazisi Təbriz Abdullayev Samux rayon İcra Hakimiyyətinin binası qarşısında üstünə benzin tökərək özünü yandırıb.

T.Abdullayevin yaxınlarının bildirdiyinə görə, o, sosial problemlər və müvafiq dövlət orqanlarının onun durumuna laqeyd münasibətinə etiraz olaraq intihara əl atıb.

1989-cu il təvəllüdlü T.Abdullayevin sifətinin və bədəninin böyük hissəsinin yandığı açıqlanıb.
1482 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
Go to TOP