Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2022

Mərakeşlilər sionist rejimin bayrağını yandırdılar

KİV-lər sionist məmurun mərakeşli qadınlarına qarşı cinsi təcavüz etməsi barədə məlumat verdikdən sonra Mərakeş xalqı sionist rejimin bayrağını yandırıb tapdalayıb.

Mərakeş mediası bu gün (şənbə) xəbər verib ki, bu ölkədə onlarla insan parlamentin qarşısında toplaşaraq sionist rejimlə münasibətlərin normallaşmasına etiraz ediblər.

Aksiya iştirakçıları sionist rejimin bu ölkədə səfiri, eləcə də Mərakeşin xarici işlər naziri əleyhinə şüarlar səsləndiriblər.

Etiraz aksiyası yəhudi mediasının sionist rejimin Rabatdakı diplomatik əlaqələr idarəsinin rəsmisi tərəfindən mərakeşli qadınlara cinsi təcavüz edilməsi barədə məlumat yaymasından sonra keçirilib.

Bazar ertəsi sionist rejiminə aid "Kan" kanalı xəbər verib ki, sionist məmurun mərakeşli qadınlara qarşı cinsi istismarı və onlara cinsi təcavüz etməsi ilə bağlı ittihamlar səsləndirilib. Bu iddiaların doğruluğu sübuta yetirilərsə, bu, İsrail və Mərakeş arasındakı həssas münasibətlərdə təhlükəli diplomatik hadisə olacaq.
2251 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
Go to TOP