Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2022

11 sentyabr hadisələrindən 21 il ötdü

Nə tökərsən aşına, o da çıxar qaşığına...

ABŞ-da dəhşətli 11 sentyabr hadisələrindən 21 il ötür.

2001-ci ilin sentyabrın 11-də yerli vaxtla saat 08:46-da "American Airlines" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı. Binaların aşmasına səbəb baş vermiş güclü yanğınlar idi. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi.

Bu hadisələr 3 minə yaxın amerikalının ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələndi.

Nyu York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktlarını ABŞ-ın bəslədiyi Əl Qaidə terrortəşkilatı törətmişdi.


2320 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
Go to TOP