Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2022

Misirin “Fətva Evi” Rəsuli-əkrəmə (s) təvəssüllə bağlı fətva verib

Misirin “Darul-Fətva”sı Allahın elçisi həzrət Mühəmmədə (s) təvəssül etməklə bağlı fətva verərək bu əməlin düzgünlüyünü bir daha vurğulayıb.
Fətvada bildirilir: “Rəsuli-əkrəmə (s) təvəssül etmək dini baxımdan düzgündür, keçmişdə və hal-hazırda müsəlmanlar buna əməl etmişlər və bunu (Peyğəmbərə (s) təvəssülü) inkar etmək caiz deyil.”
Darul-Fətvanın fətvasının davamında qeyd olunur: “Allahın Rəsuluna (s) təvəssül etməyi inkar etmək caiz deyil və bir çox kitablar və sünnələr buna sübutdur.”
Darul-fətva bu mövzunun şəri olmasına sübut olaraq Nisai, Tirmizi, İbn Macə və digərlərindən aşağıdakı rəvayəti nəql etmişdir:
“Kor bir kişi Allahın Rəsulunun yanına gəlib dedi: Ey Allahın Rəsulu, mənim gözlərim zədələnib. Allahdan mənə şəfa verməsini diləyin.
Peyğəmbər (s) ona buyurdu: Dəstəmaz alıb iki rükət namaz qıl və sonra belə de: “İlahi, Səndən istəyirəm və Peyğəmbərin vasitəsilə Sənə üz tuturam. Ey Muhəmməd, görməmi bərpa etmək üçün səndən şəfaət istəyirəm. İlahi, onu mənə şəfaətçi et.”
Kor kişi Peyğəmbərin (s) dediklərinə əməl etdikdən sonra şəfa tapdı.
1862 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
Go to TOP