Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Noyabr 2022

Kadırov Putinlə görüşündən foto yaydı

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Bu barədə Kadırov özü məlumat verib.

O qeyd edib ki, Putinlə Ukraynada keçirilən xüsusi əməliyyatda çeçen bölmələrinin iştirakı məsələlərini müzakirə edib:

“Bu gün Ali Baş Komandanla görüşdə çeçen bölmələrinin Ukraynada iştirakını müzakirə etdik. O, Çeçenistan Respublikasında Rusiya Federasiyası Müdafiə Nazirliyinin və Rusiya Milli Qvardiyasının yeni bölmələrinin artıq döyüş əməliyyatlarında iştirak təcrübəsi olan döyüşçülərlə uğurlu komplektləşdirilməsi barədə məlumat verib. O, həmçinin bölmələrimizin təchizatı, texnikası, taktiki imkanları barədə danışdı”.
2024 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.01.23, 12:42
Türkiyə ordusu itki verdi
14.01.23, 10:35
Əsgərimiz vəfat etdi
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
Go to TOP