Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2022

Çin Türkiyə və sionist rejimdən tələb etdi: Təcavüzü dayandırın

Çin Türkiyə və sionist rejimi Suriyaya qarşı təcavüzkar hərəkətlərindən çəkinməyə çağırıb.
“SANA” xəbər agentliyinin məlumatına görə, Çinin BMT-dəki nümayəndəsinin müavini Təhlükəsizlik Şurasının iclasında Türkiyə və sionist rejimin Suriya ərazilərinə qarşı təcavüzkar hücumlarından narahatlığını ifadə edib və bu hücumların dərhal dayandırılmasına, gərginliyi artıracaq hər hansı hərəkətdən uzaq olmağa çağırıb.
O deyib: “Biz Suriyanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməliyik.”
Çin rəsmisi sionist rejim və Türkiyənin hərkətlərini sərt tənqid edərək vurğulayıb: “Türkiyə və “İsrail”in təcavüzkar hərəkətləri Suriyanın suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulmasıdır ki, bu da bu ölkədə böhranın ağırlaşmasına və genişlənməsinə səbəb ola bilər.”
Çinin BMT-dəki daimi nümayəndəsinin müavini problemlərin həlli üçün dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
2324 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.01.23, 12:42
Türkiyə ordusu itki verdi
14.01.23, 10:35
Əsgərimiz vəfat etdi
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
Go to TOP