Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Yanvar 2023

Kuba Prezidenti: ABŞ, sionist rejim və terrorizmə qarşı Suriyaya dəstəyimiz davam edəcək

Kuba Prezidenti ölkəsinin Suriyanın dəstəklənməsində, xüsusilə də terrorla mübarizədə qəti mövqeyini vurğulayaraq, Vaşinqtonun sanksiyalarını və sionist rejimin Dəməşqə qarşı son təcavüzlərini pisləyib.
“Əl-Məyadin”-in məlumatına görə, Prezident Migel Dias-Kanel Kubanın Suriyaya, xüsusilə də terrora qarşı müharibəyə dəstək verməkdə qəti mövqeyini vurğulayaraq, sionist rejimin Yaxın Şərqdəki sülhü və beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən davamlı təcavüzünü pisləyib.
Kuba Prezidenti Suriyanın Kubadakı yeni səfiri Qassan Übeydin etimadnaməsini qəbul etmə mərasimində ABŞ-ın Havana və Dəməşqin ortaq düşməni kimi Suriya xalqına qarşı tətbiq etdiyi hərəkətlərə, məhdudiyyətlərə və sanksiyalara qarşı olduğunu bəyan edib, ABŞ-ın bu sanksiyalarda məqsədinin yenidənqurma prosesinə mane olmaq və bu ölkənin iqtisadi inkişaf prosesini pozmaq olduğunu bildirib.
Bu mərasimdə Kuba prezidenti Suriya xalqının, ordusunun və hökumətinin qərbin dəstəyi ilə yaradılmış terrorla mübarizədə göstərdiyi qəhrəmanlığı yüksək qiymətləndirib, Suriyanın beynəlxalq təşkilatlardakı şərəfli mövqelərini və Kubaya davamlı dəstəyini alqışlayıb.
1771 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP