Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2023

Barselona Təl-Əvivlə bacılıqdan imtina etdi

Barselona meri fələstinlilərə dəstək və “israil aparteidini” pisləmək üçün Təl-Əvivlə əlaqələrini kəsib.
BDS-in (sionist rejimə qarşı “Boykot, investisiya qoymamaq və embarqo” beynəlxalq hərəkatının) internet saytının məlumatına görə, Barselona meri Ada Kolao sionist rejimlə bütün institusional əlaqələri, o cümlədən Tel-Əvivlə bacılıq müqaviləsini dayandırıb və bu münasibətlərin bərpa etmək üçün Fələstində insan haqlarına hörmətlə yanaşılmasını şərt edib.
Barselona və Təl-Əviv 1998-ci ildə qardaşlıq müqaviləsi imzalamışdı.
Barselona meri sionistlərlə institutsional əlaqələrin bərpası şərtini belə izah edib: “israil hakimiyyəti Fələstinin insan hüquqlarının pozulması prosesinə son qoyana, beynəlxalq hüquq və BMT-nin müxtəlif qətnamələri ilə onların üzərinə qoyulmuş öhdəliklərə tam əməl edənə qədər bu əlaqələr bərpa edilməyəcək.”
"BDS" hərəkatı Barselona merinin bu hərəkətinə reaksiya verib və elan edib: “Barselona meri Ada Kolaonu və aparteid israillə institusional əlaqələri dayandırmağa kömək edən yerli qrupları alqışlayırıq.
Biz bütün dünyadakı qurumları Barselonanın yolunu davam etdirməyə və sionist rejimin insanlığa qarşı cinayətlərini dəstəkləməkdə iştirakına son qoymağa çağırırıq.”
2665 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.05.23, 10:03
Qubada dəhşətli hadisə
22.05.23, 09:43
Qobustanda 5 nəfər öldü
01.04.23, 10:55
Bayden yenə də...
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP