Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Mart 2023

Misirli general: israil İrana hücum etmək istəsə hamımız İranın yanında olacağıq

Televizya verlişlərinin birinə dəvət olunmuş misirli və israilli ekspertlər son günlərdə İran və Ərəbistan arasındakı razılaşmanı təhlil ediblər.
Verlişə Təl-Əvivdən qatılan eskpert Mardxay Kidar deyib:
“Ərəb aləmi super-güc sayılan Amerikanın artıq İran qarşısında super-güc olmadığını başa düşdü. İran ərəb dünyasına yemək üçün tort parçası kimi baxır. İngilis atalar sözündə də deyilir ki, onları məğlub edə bilmirsinizsə, onlara qoşulun. Ərəb dünyası da belə etdi.”
Sonra aparıcı Misir prezidentinin bu razılaşmanı müsbət qarşılamasını və sionist ekspertin fikirlərini diqqətə çatdıraraq Qahirədən verlişə qatılan misirli ekspertdən mövzunu dəyərləndirməsini istəyib. Təqaüddə olan misirli general Samir Rağib deyib:
“İsrailli bir tədqiqatçı belə bir sözü deyirsə, onda məsələyə hər tərəfli baxmaq lazımdır. Misir və İran heç vaxt düşmənçilik vəziyyətində olmayıb. Bunun ən tutarlı sübutlarından biri də (Tehran-Riyad razılaşmasını) alqışlamasıdır. Misir həmişə Amerika və israilin Hizbullah və İrana hücumuna qarşı olub. Misir hərbi variantlara qarşıdır və dinc çıxış yollarını alqışlayır. Bundan əvvəl də İran Suriyadakı vəziyyətlə bağlı Astana danışıqlarında Misirin iştirakını dəstəkləmişdi. İran özü Astana Görüşünün təsisçilərindəndir. Bəziləri Misirin bu görüşdə iştirakına etiraz etdikdə, İran onları təhdid etmişdi ki, Misirin bu görüşdə iştirakına razılıq verilməsə, İran da iştirak etməyəcək. İran Astana, Soçi və digər görüşlərin əsas üzvlərindəndir.
Bizimlə İran arasında ticarət əlaqələri də vardır və xalqlarımızın bir-birləri ilə hər hansı problemi yoxdur.”
Aparıcının: “Yaranmış vəziyyət bölgəyə diplomatiya və danışıqların qayıdışını göstərdiyi halda israil bundan niyə narahatdır?” sualına cavab verən sionist ekspert deyib:
“Ərəb dünyası İranın məğlubedilməz bir güc olduğunu anladığı üçün İranla sülhə getməyi düşündü. Bugün İran istədiyi hər işi edir, hətta Təhlükəsizlik Şurasının silah ixracı qadağına baxmayaraq İran Rusiyaya silah ixrac edir. İran bütün Yaxın Şərqdə və zəif ərəb ölkələrində cövlan edir.”
Aparıcının müdaxilə edərək: “Ərəbistan, Misir və digər ərəb ölkələrini zəif hesab edirsiniz” sualına ekspert belə cavab verib:
“Misir bugün Efiopiyada tikilən Ən-Nehzə Su Anbarına görə təhdidlə qarşılaşıb. Bugün bütün ərəb hökumətləri iranlılara görə qorxuya düşüb və titrəyirlər. Amerika, Çin və Rusiya İranın ərəb dünyasında istədiyi işi etməsinə göz yumurlar. Necə ki, İran İraqda, Suriyada, Livanda və Yəməndə istədiyini edir. Bugün Qəzzədə istədiyini edir. Ona görə də hal-hazırda ərəb dünyası iranlıların qarşısında diz çöküblər.”
Aparıcı misirli genarala bu sualı verib: “Ərəb dünyasının Tehran qarşısnda diz çökməsi düzgün təhlildirmi?”
Misirli ekspert M. Kidarın sözlərinə belə münasibət bildirib:
“O, şərq və qərbi bir-birinə bağladı. Belə görünür ki, heyvanların arasında olması onun sözlərinə təsir qoyub. Ən-Nehzə Su Anbarının Yəmən məsələsinə aidiyyatı yoxdur. Biz İranla razılığa gəlmək istəyirik. Sizinlə razılığa gəldiyimiz kimi. Siz əhli-sünnə idinizmi ki, sizinlə razılığa gəldik? İranın öz özəllikləri vardır. Uzun müddət əlaqələrin kəsilməsindən sonra Ərəbistan yarım saat ərzində İranla anlaşa bilir və bölgənin problemlərinin dörddə biri həll olunur, Suriya və Yəmən ərəb dünyasına qayıdır.
israil çoxlu döyüş təyyarəsi olan və Amerikanın dəstək verdiyi bir rejimdir. İran nüvə başlıqları hazırlamaq astanasında olan bir ölkədir. Siz 2008-ci ildən İrana mümkün hücum haqda danışırsınız. Güclü rejim olduğunuz və Amerika kimi supergüclərin sizi dəstəkləməsinə baxmayaraq, yenə də İrana hücum edə bilmirsiniz.
Sizin ərəb dünyasına ehtiyacınız vardır və bu, ona görədir ki, ərəblər sizin tərəfinizdən İranla döyüşsün. Əgər müharibəyə ehtiyacınız varsa, gedin özünüz döyüşün.... İranla döyüşə gedin, görün başınıza nə gəlir!”
Misirli general vurğulayıb:
“Ərəb ölkələrinin İranla bir çox məsələlərdə bütün fikir ayrılıqlarına baxmayaraq, İran və israil arasında müharibə baş versə, müsəlman və xristian olmaqla bütün ərəblər, hətta yəhudilər İranın tərəfində olacaqlar.”
3197 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.05.23, 10:03
Qubada dəhşətli hadisə
22.05.23, 09:43
Qobustanda 5 nəfər öldü
01.04.23, 10:55
Bayden yenə də...
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP