Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2023

Çikaqo küçələrində Ramazanı təbliğ edən reklam lövhələri

“GainPeace” müəssisəsi, Böyük Çikaqo İslam Təşkilatları Şurasının (CIOGC) əməkdaşlığı ilə, camaatı Ramazan ayının əhəmiyyəti haqqında maarifləndirmək və humanitar səyləri təşviq etmək üçün kampaniya başladıb. Bu kampaniyanın fəaliyyətlərindən biri də üzərində şəhərdə “Ramazan: düşüncə, ictimaiyyət və xeyriyyə” sözləri yazılmış reklam lövhələrinin quraşdırılmasıdır.
“GainPeace” layihəsinin icraçı direktoru doktor Səbil Əhməd deyib: “Bu kampaniya həm də qonşulara 8000 hədiyyə paylamaq və Çikaqo ərazisində məscidlərin və dinlərarası təşkilatların iştirakı ilə iftar süfrəsi təşkil etməklə cəmiyyət üzvlərinin bir-birini başa düşməsini artırmaq üçün daha çox addımlar atır.”
Bu kampaniyanın təşkilatçıları könüllülər komandasının bu humanitar aksiyanı təbliğ etmək üçün televiziya studiyalarında və radio stansiyalarında mediaya müsahibələr verməyə hazır olduqlarını açıqlayıblar.
Onlar mətbuat konfransında reklam lövhələrinin yüksək keyfiyyətli şəkillərinin və onları müşayiət edən videokadrların USB disklər vasitəsilə bütün media qüvvələrinin istifadəsinə veriləcəyini bildiriblər.
2608 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.08.23, 09:46
Rusiya yuana keçir
26.08.23, 08:57
Ronaldo İrana gələcək
26.08.23, 08:51
Donald Tramp həbs olundu
Go to TOP