Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2023

Akşənər: Əgər Ərdoğan qazansa...

Kamal Kılıçdaroğlunun Türkiyənin 13-cü prezidenti seçilməsi üçün sona qədər çalışacağıq.

Bunu İYİ Partiyasının sədri Maral Akşənər mayın 14-də keçirilən prezident seçkilərindən sonra ilk dəfə verdiyi açıqlamada deyib.

O, bu axşam İstanbula gedəcəyini açıqlayıb:

“Şəxsən özüm nə lazımdırsa, onu da etməyə hazıram. Əgər Rəcəb Tayyib Ərdoğan qazansa, Türkiyədə partiyalı prezident sistemi bir daha müzakirə olunmayacaq. Ona görə də buna mane olmalıyıq”.

Qeyd edək ki, prezident seçkilərinin ikinci turu 28 mayda keçiriləcək. İkinci turda Cümhur İttifaqının namizədi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və “Altılı masa”nın namizədi Kamal Kılıçdaroğlu mübarizə aparacaq.
1584 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.08.23, 09:46
Rusiya yuana keçir
26.08.23, 08:57
Ronaldo İrana gələcək
26.08.23, 08:51
Donald Tramp həbs olundu
Go to TOP