Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Avqust 2023

General Səlami: Cihadın qaydalarını Qurandan öyrənmişik

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri general-mayor Hüseyn Səlami Quranla bağlı keçirilən iclasda deyib: “Quranın əsas xüsusiyyəti hər şeyin onda yer almasıdır. Yəni, “hər şeyi bəyan edən” ayəsinə əsasən, insanın xoşbəxtlik və hidayətinin bütün yolları Quranda mövcuddur. Mütəal Allah “Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq” ayəsinə uyğun olaraq Quranda insanın hidayəti üçün lazım olan heç bir şeyi nəzərdən qaçırmamışdır.”

General-mayor Səlami əlavə edib: “SEPAH cihad qurumudur və biz cihadın qaydalarını Quranda Uca Allahdan öyrənmişik. “Sayca az olan neçə-neçə dəstələr Allahın izni ilə sayca çox olan neçə-neçə dəstələrə qalib gəlmişdir” ayəsinə inanırıqsa, qalib olacağıq. Biz bunu Qurandan öyrənmişik. Yaxud “Ənfal” surəsində buyurur: “Ey Peyğəmbər, möminləri döyüşə həvəsləndir! Əgər sizdən iyirmi nəfər səbirli şəxs olarsa, onlar iki yüz nəfəri məğlub edərlər”. Bu, Allahın qaydası əsasındadır. Allah cihadın qaydasını bizə bu yolla öyrədir.”
1414 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP