Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Avqust 2023

Avstraliyanın Fələstini işğal edilmiş ərazi kimi tanıması alqışlandı

Ərəb Dövlətləri Liqasının Katibliyi bəyanat yayaraq Avstraliyanın sionist yaşayış məntəqələrini qeyri-qanuni elan etməsi və rəsmi dairələrdə Fələstin əraziləri, xüsusilə də Şərqi Qüds barədə işğal edilmiş ərazi ifadəsindən istifadə edilməsi haqda qərarını alqışlayıb.

Ötən çərşənbə axşamı Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib ki, hökumət öz ədəbiyyatında “Fələstin, xüsusən də Şərqi Qüdslə bağlı işğal edilmiş Fələstin əraziləri” ifadəsini işlətməyə qərar verib və beynəlxalq qanunlara əsasən, sionist yaşayış qəsəbələrini qanunsuz hesab edir.

Ərəb Liqasının bəyanatında vurğulanır ki, Avstraliyanın bu addımı böyük əhəmiyyət kəsb edir, habelə beynəlxalq qətnamələrə hörmət edilməsinin və sionist rejimin bu qətnaməyə və beynəlxalq hüquqa tabe olmasının zəruriliyinə dair açıq mesajı ehtiva edir.

“Shehab News” saytının məlumatına görə, Ərəb Liqası öz bəyanatında bunu da bildirib ki, digər ölkələrin də oxşar mövqeləri qəbul etmələrini istəyir, digər tərəfdən, Fələstin xalqının öz torpaqlarını geri almaq və paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti yaratmaq hüquqlarını pozan hər hansı bir hərəkətə qarşıdır.
1714 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP