Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2015

İmam Əlinin (ә) dövlətçilik ayinlərinə baxışı

Dövlət zülm və qan axıtmaqla möhkəmlənə bilməz!

İslam şərq və qərbdən fərqli olaraq zülm və qan axıtmaq vasitəsi ilə hökumətin möhkəmlənməsini qəbul etmir. Qan tökülməsi hökumətin sütunlarını laxladır, hakimiyyət dəyişikliyinə səbəb olur.

İslamın bu baxışı insan kəramətinə etiqaddan qaynaqlanır. İnsan hər fərdi o qədər kəramətli sayır ki, fərdin öldürülməsini toplumun öldürülməsi, fərdə həyat verilməsini topluma həyat verilməsi kimi qəbul edir. Həzrət İmam Əli (ə) buyurur:

“Nahaq qan tökməkdən çəkin. Çünki Allahın qəzəbini qan tökmək qədər oyadan ikinci iş yoxdur. Qan tökmək neməti əldən çıxarır, ömrü qısaldır. Allah Qiyamət günü ilkin olaraq qətli araşdırar. Belə ki, hökumətini haram qan tökməklə möhkəmləndirmə. Çünki haram qan axıdılması hökuməti zəiflədən işlərdəndir. Bu iş hətta hökuməti məhv edib, bir başqası ilə əvəz edər.”

Qan tökməyin nəticəsi və qisas cəzasının zəruriliyi
Həzrət İmam Əli (ə) buyurur:

“Bilərəkdən qətlə görə Allah dərgahında və mənim yanımda üzr və bəhanə yoxdur. Çünki onun cəzası qətldir. Amma xətaya yol versən, qamçın, qılıncın və ya əlin istəmədən işgəncə verməkdə həddi aşsa, bu halda qürur sənə qalib gəlməsin, qətlə yetənin qan bahasını onun vərəsəsinə ödəməkdən boyun qaçırma.”

İmam Əlinin (ə) bu bəyanından iki nöqtə aydınlaşır:

1.Həzrət Əlinin (ə) nəzərincə haqsız tökülən qanın ən böyük əsəri dövlətin süquta uğramasıdır. Zalım Pəhləvi rejiminin tarixi uyğun baxışın ən üstün dəlillərindəndir. Müsəlman ümmət şahid oldu ki, çirkin Pəhləvi xanədanı nahaq qanlar hesabına tarixin zibilqabısına necə atıldı. Bu rejimdən çirkin addan başqa bir şey qalmadı.

2.İnsanların dinc yanaşı yaşayışı qisas hökmünün icrası sayəsində gerçəkləşir.
Bu səbəbdən həzrət Əli (ə) Malikə xatırladır ki, bilərəkdən qətlə görə qisas alınacaq və bu işdə (hətta Malik üçün) heç bir güzəşt yoxdur. Bilməyərəkdən baş vermiş qətllərdə də müqəssir diyə (qan bahası) ödəyib qətlə yetirilənin sahibindən razılıq almağa vəzifəlidir.


5809 بازدید
در حال ارسال اطلاعات...