Livanlı rejissor Heydər Həmdan Livanda İslami müqavimət təşkilatı olan Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahın “Sizə daima qələbə vədi verirəm” sözü mövzusunda qısa metrajlı film hazırlayıb. Seyid Həsən Nəsrullah İsraillə 2006-cı il müharibəsində xalqa belə demişdi:
“Ey əziz, mücahid və şərafətli xalq! Mən tanıdığım qədərilə sizin böyük əksəriyyətiniz ağıl, qəlb, fikir, iradə, məhəbbət, eşq və fədakarlığınızla kəramətli, izzətli, şərəfli və fədakar xalqsınız. Siz xalqı və bu düşməni tanıdığım üçün, sizə əvvəllər qələbə vədəsi verdiyim kimi, daima sizə qələbə vədəsi verirəm.” Hizbullahın Suriyaya girdiyini rəsmi olaraq elan etdiyi çıxışında isə, Seyid Həsən Nəsrullah demişdi: “Ey əziz xalq, ey qəhrəman mücahidlər! Sizə əvvəllər qələbə vədəsi verdiyim kimi, bu təkfirçi terrorçularla mübarizədə də yenə sizə qələbə vədəsi verirəm.”
Hizbullah lideri Livanda “Əsdəqu və`d” yəni “ən doğru vəd verən” kimi tanınır. O İsrailin Livandakı bütün postlarını məhv etdi. Bütün daxili və xarici qarşıdurmalardan qalib çıxıb. Onun sözünün düzlüyünə israillilər də inanırlar. Rejissor Heydər Həmdan çox gözəl qısa metrajlı filmlər çəkir. Bu filmində isə Hizbullahın inkişaf tarixini lentə alıb.
1982-ci il... İsrail Livana hücum edərək, üç həftəyə Beyruta qədər bütün əraziləri işğal etdi. Beyrutda bir dəstə şiə cavan yüngül silahlarla İsrailin işğalı qarşısında dayandılar. Beləcə, bu şiə cavanlar Hizbullah təşkilatını yaratdılar. Heydər Həmdan göstərir ki, onların hərbi geyimləri zəif, batinkaları köhnə, dəbilqəsiz, silahları isə avtomat və pulemyotlardan ibarət idi.
2006-cı il... Hizbullah İsrail əsirliyində olan livanlıları azad etmək üçün İsrailin iki əsgərini əsir götürdü. İsrail isə, əsirləri danışıqsız, zor gücünə azad etmək istədi. Bunun üçün Livana hücum etdi. Hücumun qarşısında isə Hizbullah dayandı. Heydər Həmdan göstərir ki, bu zaman kəsiyində Hizbullah əsgərləri inkişaf etmiş forma geyinib, dəbilqə qoyublar, avtomatlar binoklla təchiz olunub, onlar artilleriya silahlarına malikdirlər. Təlimləri çox intizamlı və peşəkardır.
2014-cü il... Bu zaman kəsiyində Hizbullah artıq 3 cəbhədə döyüşür: Livan, Suriya və İraq. Təkfirçi terrorçular bütün İslam dünyasını təhdid edirlər. Heydər Həmdanın filmində 2014-cü ildə Hizbullah əsgərlərinin daha müasir formada olduğu, son model binokllu daha müasir silahlara malik olduğu görünür. Artıq hazırda Hizbullah müxtəlif inkişaf etmiş silahlarla təchiz edilmiş maşınlarla hücuma keçir.
Filmin sonunda Seyid Həsən Nəsrullahın imzası və öz xətti ilə yazılıb: “Sizə daima qələbə vədi verirəm.”
Nur-az.com Heydər Həmdanın filmini sizə təqdim edir: