Müsəlman, qəhrəman və mübariz İran xalqı! Allah-Taalanın lütfü ilə sizin qəhrəman mübarizəniz istibdadın sədlərini bir-birinin ardınca aşırır, sizin İslam İnqilabınız öz çiçəklərini və meyvələrini üzə çıxarır
22 bəhmən qələbəsinin səbəbləri nə idi?
22 bəhmən dünya tarixində İran İslam İnqilabının qələbə günü kimi qeyd edilir. Şəmsi 1357-ci il (1979), bəhmən ayının 22-də İmam Xomeyninin (r) başçılığı ilə İslam inqilabı zirvə nöqtəsinə çatdı. Həmin gün müsəlman xalqın mübrizəsi öz bəhrəsini verdi, 2500 illik zalım şah rejimi, 50 illik Pəhləvi rejiminin hakimiyyətinə son qoyuldu, Allahın yardımı ilə İslam Respublikası quruldu.
22 bəhmən günü Avin həbsxanası, SAVAK, Səltənətabad, məclis, milli şura, polis xalqın əlinə keçdi. Polis idarəsi tutularkən Tehran hərbi qarnizonunun rəisi general-leytenant (sepəhbud) Rəhimi inqilabçıların əlinə keçdi. Bağşah, Hərbi Akademiya, Hərbi Məktəb, Cəmşidiyyə həbsxanası, Abbasabab kimi qurumlar bir-birinin ardınca təslim olurdu. Ələ keçirilən son mərkəz radio-televiziya mərkəzi oldu.
22 bəhmən səhər saat 10-da silahlı qüvvələr komandanlarının müştərək şurası yaradıldı. Abbas Qarabaği, Cəfər Şəfqət, Hüseyn Fərdust, Huşəng Hatəm, Nasir Müqəddəm, Əbdüləli Nəcimi, Əhmədəli Mühəqiqi, Əbdüləli Bədreyi, Əmirhüseyn Rəbii, Kamal Həbibullahi, Əbdülməcid Məsumi, Cəfər Sanei, Əsədullah Möhsinzadə, Hüseyn Cahanbani, Məhəmməd Kazimi, Xəlil Bəxşi Azər, Əli Məhəmməd Xacə Nuri, Pərviz Əmini Əfşar, Əmir Fərhəng Xələtbəri, Məhəmməd Fərzam, Cəlal Pejman, Mənuçehr Xosrovdad, Nasir Firuzmənd, Musa Rəhimi Laricani, Məhəmməd Rəhimi Abəknari, Riza Vəkil, Təbatəbai iclasa qatılmış yüksək rütbəli hərbçilər idi. Ali Şuraya Qarabaği rəhbərlik edirdi. Komandanların vəziyyətlə bağlı məruzələrindən sonra ordunun xalqa qoşulması məsələsi müzakirə edildi. Əksəriyyət müsbət rəy bildirdi. Ordunun hadisələrdə bitərəf mövqe tutması ilə bağlı bəyanat qəbul olundu. İştirakçılar bəyanatı imzaladılar. Günorta saat 1-də bəyanat radio-televiziya şəbəkəsi ilə yayımlandı. Az sonra inqilabçılar radio-televiziya mərkəzini ələ keçirdilər, Pəhləvi şah rejiminin süqutu elan edildi.
İmam Xomeyni (r) 22 bəhməndə müraciətlə çıxış etdi:
Bismillahir-Rəhmani-Rəhim.
Müsəlman, qəhrəman və mübariz İran xalqı! Allah-Taalanın lütfü ilə sizin qəhrəman mübarizəniz istibdadın sədlərini bir-birinin ardınca aşırır, sizin İslam İnqilabınız öz çiçəklərini və meyvələrini üzə çıxarır. Bu həssas məqamda siz qardaş və bacılara təkbətək təşəkkür edib, bir neçə nöqtəni nəzərinizə çatdırmağı zəruri bilirəm:
Siz ötən mübarizələrinzdə öz islami və inqilabi kimliyinizi göstərdiniz. İndi bunu dünyaya göstərmək lazımdır. Dünya bilməlidir ki, müsəlman İran xalqı kimsənin qəyyumluğu olmadan öz səadət yolunu seçə bilər.
Buna görə də sizdən istəyirəm ki, təxribat və hərc-mərcliyə mane olasınız. İmkan verməyin ki, qərəzli təxribatçılar qarətçilik, yanğın, müttəhimlərin qətli, elm və sənət əsərlərinin, ümumi və xüsusi əmlakın məhvi kimi hadisələr törətsinlər. Düşmən inqilabı gözdən salmaq üçün fitnəkarları müsəlmanların arasına salır, hərəkatımıza mürtəce görkəm vermək istəyir. Mən elan edirəm ki, kim belə təxribatlar törətsə inqilabı cameəmizdən kənarlaşdırılacaq, Allah qarşısında məsul olacaq.
İkincisi, unutmayın ki, düşmən üzərində qələbə hələ başa çatdırılmayıb. Düşmən müxtəlif vasitələrdən bəhrələnir. Yolumuz üzərində fitnəkarlıqlar var. Yalnız oyaqlıq, inqilabı inzibatçılıq, rəhbər və dövlətə tabeçilik bu maneələri aradan qaldıra bilər.
Üçüncüsü, əlinizdə olan düşmən əsirlərlə amansız davranmayın. Əsirlərə məhəbbət İslam qaydasıdır. Vaxtı çatanda dövlət onları mühakimə edib, ədalətli qərar çıxaracaq.
Siz qardaş və bacılardan istəyim budur ki, ötən zalım dövlətlərin yerinə gəlmiş müvəqqəti İslam dövləti ilə həmkarlıq edəsiniz. Allahın yardımı ilə bir-birinizlə həmkarlıq edib abad və azad İran quraraq dünyanı həyrətə gətirək.
Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh
Ruhullah Musəvi Xomeyni
22 bəhmən, 1357
...Şah rejimini qoruyub-saxlamaq üçün böyük dövlətlərin bütün təlaşlarına baxmayaraq İslam İnqilabı mübarizənin ilk mərhələsində, 22 bəhməndə qalib gəldi. Bu qələbə adi hadisə yox, möcüzə kimi qarşılanırdı. İmam və ona qəlbən inananlar istisna olmaqla, bütün siyasi təhlilçilər və hadisələri izləyənlər şah rejiminin süqut gününə qədər belə bir inqilabın qələbəsinə inanmırdılar.
22 bəhmən günü səhər tezdən inqilaba qarşı ən amansız planlar işə düşdü. Düşmən cəbhəyə ABŞ rəhbərlik edirdi. Britaniya və digər avropa ölkələri də də əlindən gələni edirdi. Keçmiş Sovetlər Birliyi regionda dini dövlətin yaranmasından narazı qaldığı üçün bir çox sahələrdə ABŞ-la həmkarlıq edirdi. Sonradan ələ keçən sənədlər sübuta yetirdi ki, ölkə daxilindəki solçular və sağçılar (kommunistlər və qərbpərəstlər) inqilaba qarşı birləşiblər. Həm ABŞ, həm də Sovetlər Birliyi İrana qarşı təcavüzkar müharibədə Səddama dəstək verirdi. İmam Xomeyni (r) Allahın yardımı ilə inqilab gəmisini bütün bu tufanlardan salamat keçirə bildi.
22 bəhmən inqilabı İslamın 14 əsr pərdələnmiş simasını ədalət təşnəsi olan dünyaya göstərə bildi. Bu inqilabın bayraqdarı İmam Xomeyniyə görə dünya bu inqilabı "İmam Xomeyni inqilabı" adlandırırdı. ABŞ-ın siyasi, iqtisadi və hərbi mütəxəssislərinin İslam İnqilabına qarşı layihələri bu günə qədər səmərə verməyib. Üç onildən artıq bir müddətdən sonra avropa və amerikanın aparıcı siyasətçiləri İslam İnqilabının qəbul olunması zərurətini etiraf edirlər. 22 bəhməndə qələbə qazanmış inqilab dünyanın istibdad məngənəsində çabalayan xalqlara ümid verdi ki, bu zəncirləri qırmaq olar. 22 bəhmən təkcə İranda şah rejiminin süqut günü deyil, bəşər tarixində yeni fəsil açan dönüş nöqtəsidir.
22 bəhmən qələbəsinin səbəbləri nə idi?
1.Allah-Taalaya dərin iman;
2.Təqvalı və fəqih ruhaninin rəhbərliyi;
3.Xalqın birliyi və həmrəyliyi;
4.Çətinliklərə qatlaşmaq, qələbəni təmin edən milli birlik, qələbəyə inam...
...Dünya İran İslam İnqilabının 22 bəhməndə qələbəsini adi hadisə kimi qarşılamır. Dünya bu qələbəyə münasibətdə heyrətdədir. Bu inqilab əsrin hadisəsi olaraq dünyada siyasi balansı dəyişdi. Şah İranı dünya imperializmi və beynəlxalq sionizm üçün məntəqə dayaq nöqtəsi idi. Onlar İslam inqilabından sonra həm iqtisadi, həm siyasi baxımdan güclü zərbəyə məruz qaldılar. İslam 14 əsrdən sonra beynəlxalq müstəvidə söz sahibi oldu. Bu inqilabla İslam vəhdətinə yol açıldı, yeni siyasi qütb yarandı, sərvətləri talanan müsəlman xalqlar qəflət yuxusundan oyandı, imperializm və sionizm hər gün dərinləşən qorxuya düşdü.
Vilayet.nur-az.com