İslam cəmiyyətini idarə edən hakim qurum xalqa arxalanır, xalqdandır, xalqın yanındadır, tamamilə xalqa birləşmişdir və ayrı deyil
Hansı hökumət xarici qüvvələrə yaxınlaşırsa, öz xalqından uzaqlaşır
İslam cəmiyyətini idarə edən hakim qurum xalqa arxalanır, xalqdandır, xalqın yanındadır, tamamilə xalqa birləşmişdir və ayrı deyil.
Xalqla əlaqə ilə xarici güclərlə əlaqə və onlara sığınmaq arasında tərs mütənasiblik mövcuddur: hansı hökumətin öz xalqı ilə əlaqəsi səmimi olsa, xarici güclərə etinasız olar, onlara baxmaz, arxalanmaz, sözlərinə məhəl qoymaz, əmrlərinə qulaq asmaz və onların yanına getməz. Lakin öz xalqı ilə əlaqəsi olmayan hər bir hökumət böyük güclərlə isinişir, onların qucağına sığınır, onlara arxalanır və təbii ki, onların sözünü eşidir və əmrlərini icra edir. O tərəfdən də belədir: hansı hökumət xarici qüvvələrə yaxınlaşırsa, öz xalqından uzaqlaşır və hansı hökumət qlobal supergüclərdən uzaqlaşırsa, öz xalqının qəlbində yer açır. Bu, dünyanın bugünkü siyasi bilgilərində aydın məsələdir.
Hakimiyyət qurumlarında, istər mənim vəzifəmdə, istər digər vəzifələrdə çalışan şəxslərin həqiqətlərdən və xalqdan uzaqlaşması tənəzzül amilidir. Düşünürəm ki, bir məmur cəmiyyətin hadisələrindən və onda baş verənlərdən uzaq qalmamalıdır.
Xalqa məhəbbət və etimad reallıqları səmimi və düzgün bəyan etməklə hasil olur.
Ölkənin vəzifəli şəxsləri olan sizlərə demək istədiyim budur ki, mənim əzizlərim, harada çalışsanız, bunun qədrini bilin, bunu saxlayın və qoruyun. Biz bunu qorumalıyıq. Xalqın etimadı və sevgisi birtərəfli hərəkət deyil ki, xalq kiməsə məhəbbət göstərib könül versə, nə iş görsə də, bunlar məhəbbət göstərəcəklər. Xeyr, belə deyil. Xalqın sevgi və əlaqəsi ikitərəfli bir məsələdir. Gərək bütün səviyyələrdə çalışan məmurlar tərəfindən xalqa cavab verilsin; əlbəttə, bu cavabın növləri və sahələri var. Xalq üçün iş görülməlidir.
Ayətullah Xamenei
Vilayet.nur-az.com