Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Mart 2015

ABŞ konqresmenləri Netanyahuya qarşı

İsrail baş nazirinin ABŞ konqresində çıxışına müxaliflər artır

İşğalçı İsrail rejiminin baş naziri Netanyahunun ABŞ konqresində çıxışına qarşı olan 40 nümayəndəyə daha iki demokrat nümayəndə qoşulub. Konqres nümayəndələri Netanyahunun bu gün konqresdə İran mövzusunda çıxışının ləğv olunmasını istəyiblər. Nyu-Yorkdan olan iki nümayəndə Charlie Rangel və Gregory Meeks bəyanat veriblər ki, Netanyahunun çıxışına mane olacaqlar. Etirazçı 40 nümayəndədən biri respublikaçı, qalanı demokratdır. Netanyahunu konqresə dəvət edən pespublikaçı John Boehner bu dəvəti Ağ Evlə razılaşdırmayıb. Başqa bir dövlətin baş nazirinin ABŞ konqresində Amerikanın milli maraqlarına zidd çıxışı əksər nümayəndələri narazı salır.
Justic foreign policy adlı amerikalı sülhsevər fəallar təşkilatı ölkədə Netanyahunun konqresdəki çıxışına qarşı təbliğat aparır, xalqı nümyəndələrə təsir etməyə çağırır.
Təşkilat öz veb-saytında yerləşdirdiyi bəyanatda bildirir ki, Amerikanın yanlış İsrail siyasətini dəyişmək üçün yaranmış tarixi fürsətdən istifadə etmək lazımdır.

Vilayet.nur-az.com


4966 بازدید
در حال ارسال اطلاعات...