Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Mart 2015

Tarixin ən cinayətkar rejimi

Amerika tarix boyu bəşəriyyətə qarşı cinayətlərdən, ölkələrin daxil işinə qarışmaqdan çəkinməyib. Ən üzücü fakt budur ki, bu cinayətkar rejim öz adını başqalarına qoymaqdan usanmır
Xerosima və Naqasakiyə atom bombası atılmasını Amerikanın ən böyük cinayəti adlandırmaq olar
Bəşər tarixində günahsız insanların qırğınına hökm vermiş fərdlər məşhurdur. Amma nədənsə hansı rejim, hansı dövlətin daha çox cinayətə imza atdığından az danışılır. Son yüz ildə dünyada baş vermiş müharibə və təcavüzləri nəzərdən keçirdikdə şübhə qalmır ki, bu rejim Amerika Birləşmiş Ştatları adlanan rejimdir. Amerika tarix boyu bəşəriyyətə qarşı cinayətlərdən, ölkələrin daxil işinə qarışmaqdan çəkinməyib. Ən üzücü fakt budur ki, bu cinayətkar rejim öz adını başqalarına qoymaqdan usanmır.
Farhangnews informasiya mərkəzi son onilliklərdə, xüsusilə soyuq müharibə başa çatdıqdan sonra ABŞ-ın sözdə özünü insan haqlarının müdafiəçisi kimi tanıtdırmasını, əməldə liberal-demokratiyanı dünyaya zorla qəbul etdirməyə cəhd göstərdiyini yada salır. Amerikanın cinayətləri göz qabağındadır. Bununla belə təbliğat şüarlarına aldanan insanların bu cinayətləri bir daha nəzərdən keçirməsi gaydasız olmaz.
1.Yerli əhalinin qətliamı, quldarlığın yayılması. Amerikanın tarixi qətliamlar və Xristofor Kolumbun yerli əhalini qul kimi alıb-satması ilə başlayır. Kolumbdan sonra bir çox avropalılar, xüsusilə İngiltərə bu ölkəyə müdaxilə edərək qırmızıdərili yerli əhaliyə divan tutub. Ekspansionistlər yerli qırmızıdərililəri istismar etməklə yanaşı bu qitəyə qul olaraq milyonlarla qaradərili gətiriblər. ABŞ sorğu mərkəzlərinin hesabatına əsasən Kolumbun gəlişindən İkinci dünya müharibəsinə qədər qırmızıdərililərin sayı 60 milyon nəfərdən 800 min nəfərə qədər azalıb.
2.İngiltərənin müstəmləkəçiliyindən qurtarandan sonra irqi ayrıseçkilik. Amerika İnqilabı adlanan müharibə, bu ölkənin İngiltərənin müstəmləkəçiliyindən qurtuluşundan sonra ölkə rəhbərləri ağdərililərin mənafeyinə işləyən irqi ayrıseçkilik siyasəti yeritdilər. Rəngli dərililərə seçki, iqtisadi fəaliyyət hüququ verilmədi.
3.Ölkə daxilində etirazlara qarşı amansızlıq:
-1886 – Çikaqoda fəhlə aksiyalarının qan bahasına yatırılması;
-1890 - Cənubi Dakotada 300 qırmızıdərilinin qətliamı;
-1892 – Şikaqoda gəmiryol işçilərinin aksiyasının amansızlıqla yatırılması;
-1901 – Oklahomada qiyamın amansızlıqla yatırılması;
-1920 – Qərbi Vircinyada mədən işçilərinə hücum;
-1966-80 – Qara Pələnglər partiyasının dağıdılması...
4.Xerosima və Naqasaki faciəsi. 1945-ci ildə Yaponiyanın Xerosima və Naqasaki şəhərlərinə atom bombası atılmasını tarixin və Amerikanın ən böyük cinayəti adlandırmaq olar. Hücum zamanı 220 min insan həlak olub. Partlayışdan sonra yüz minlərlə insan radiasiyaya məruz qalaraq ölücül vəziyyətə düşüb. Bu hücum bəşər tarixində yeganə nüvə hücumudur. İkinci dünya müharibəsindən yalnız iki dövlət – Amerika və Sovetlər Birliyi qalib çıxdı. Bu iki ölkə dünyada aparıcı qüvvəyə çevrildi.
5.İkinci dünya müharibəsində cinayətlər. 52 milyon insanın ölümü ilə sona çatmış İkinci dünya müharibəsinin əsas iştirakçılarından biri ABŞ olub. 1945-ci ildə əsir götürülmüş bütün almanlar Daxau düşərgəsində amerikalılar tərəfindən gülləbaran edilib.
6.İki Koreya arasında müharibəyə müdaxilə. BMT qüvvələri adı altında Cənubi Koreyanın Çin və Şimali Koreyadan müdafiəsi üçün göndərilən amerikalı əsgərlərdən 36 mini qətlə yetirilib.
7.Vyetnam müharibəsi. İkinci dünya müharibəsindən sonra Amerikanın Vyetnama təcavüzü nəticəsində çoxu mülki vyetnamlı olmaqla 2,5 milyon insan həlak oldu. 1955-1975-ci illərdə baş vermiş bu hadisə amerikalıların amansız cinayətləri ilə yadda qalıb.
8.Kimyəvi silahdan istifadə. ABŞ son əsrdə dəfələrlə kimyəvi silahdan istifadə edib. Vyetnam müharibəsində, Kamboca və Laosda 20 milyon barel kimyəvi maddə istifadə olunub. 1950-1953-cü illərdə Koreya müharibəsində ABŞ bakterialoji silahdan istifadə edib. Son müharibələrdə, Əfqanıstan və İraqda ağ fosfor və zəiflədilmiş uran istifadə olunub. Səddam Amerikanın yaşıl işıq yandırması ilə İrana qarşı müharibədə kimyəvi silahları işə salıb. Kimyəvi zəhərlənmədən yüz minlərlə iranlı, hətta iraqlı dünyasını dəyişib. Təkcə Hələbçəyə hücumda 5 min nəfər həlak olub. Dünya birliyi bu cinayətə göz yumub.
9.İranın neft estakadalarına hücum. İkinci dünya müharibəsindən sonra Amerikanın ən böyük dəniz əməliyyatlarından biri İranın neft estakadalarına hücum olub. Amerikalılar İranın Sasan (Salman) və Seyri estakadalarına hücum edərək bütün sənədləri ələ keçirdilər və estakadaları partlatdılar. Hücumda 56 iranlı şəhid oldu, 22 iranlı yaralandı. Bu hücum respublikaçı prezident Ronald Reqanın vaxtında baş verib.
10.Panamanın işğalı. Ata Buşun dövründə, 1989-cu ildə ABŞ Panama prezidentini narkotika qaçaqmalçılığında ittiham edərək bu ölkəyə qoşun yeritdi. Anti-amerika siyasəti yürüdən prezident işdən uzaqlaşdırıldı, Panama kanalı nəzarətə götürüldü.
11.Səhrada tufan əməliyyatı: Küveytə təcəvüz üçün Səddama yaşıl işıq yandıran ABŞ sonradan Küveyti azad etmək adı altında bu ölkəyə ordu yeritdi.
12.Əfqanıstanın işğalı. 2001-ci ildə ABŞ ordusu terrorla, Əl-Qaidə ilə, Talibanla mübarizə adı altında Əfqanıstana təcavüz etdi. İşğal dövründə saysız cinayətlərə yol verildi. Sonda Əfqanıstan prezidenti bu cinayətlərə etiraz etdi. Prezident Kərzay dinc məntəqələrin bombalanması, əfqanların evinə basqınları pisləyən bəyanatlar verdi. Terrora qarşı mübarizə əməliyyatlarında yüz minlərlə dinc əfqan qətlə yetirildi. İndi məlum olur ki, ABŞ-la Taliban arasında gizli razılaşmalar varmış.
13.İraqa təcavüz. İraqa təcavüz nəticəsində bir milyondan artıq insan həlak olub. Bu barədə İraq rəsmi mənbələri məlumat verib. Əməliyyatlar nəticəsində yüz minlərlə insan yaralanıb. Hərbi əməliyyatlarda qadağan edilmiş silahlardan istifadə olunub. Amerika bu təcavüzdə bəhanə olaraq İraq xalqının Səddam istibdadından qurtuluşunu səbəb göstərib.
14.Bəzi təcavüzlərin dolayı yolla dəstəklənməsi. Fələstinin işğalında İsrailin, 8 illik İraq-İran müharibsində Səddamın himayəsi nümunə göstərilə bilər.
İkinci dünya müharibəsindən sonrakı təcavüzlər:
-1945-1950-ci illərdə Almaniya, İtaliya, Avstriya, Yaponiya, Cənubi Koreyaya təcavüz;
-1950-ci ildə Yeddinci donanmanın Tayvanda mövqe tutması;
-1959-1960-cı illərdə Kuba xalqının himayəsi adı altında bu ölkəyə qarşı hərbi əməliyyat;
-1962-ci ildə kommunismlə mübarizə adı altında Taylanda təcavüz;
-1962-ci ildə Sovet gəmilərinin Kubaya yan almasını əngəlləmək üçün ABŞ prezidenti Con Kennedinin göstərişi ilə Kuba mühasirəyə alınır;
-1969-cu ildə Domenikan Respublikasında kommunizmin qarşısını almaq üçün bu ölkəyə 20 min hərbçi göndərilir;
-Banqladeşdə çevrilişi himayə məqsədilə 1971-ci ildə Hind okeanına təyyarədaşıyan gəmi göndərilir;
-1978-ci ildə Zairdə Belçika və Fransa hərbçilərini dəstəkləmək üçün hərbi qüvvə ezamı;
-1980-cı ildə İranda girov götürülmüş amerikalıları azad etmək üçün ABŞ prezidentinin göstərişi ilə uğursuz əməliyyat (Təbəs hadisəsi);
-1981-ci ildə Salvadora partizan müharibəsinə qarşı əməliyyatlarda təlimatçı qismində iştirak üçün müşavirlərin ezamı;
-1981-ci ildə iki Liviya hərbi təyyarəsinin vurulması;
-Reyqanın göstərişi ilə 1982-ci ildə Livana çoxmillətli ordunun himayəsi üçün 1280 desantçının ezamı;
-1983-cü ildə Qrenadaya təcavüz və bu ölkənin işğalı;
-1986-cı ildə Hondurasın Nikaraquaya təcavüzünə yardım;
-1983-cü ildə Liviyaya qarşı müharibədə Çadın himayəsi;
-1984-cü ildə Səudiyyə Ərəbistanı qırıcılarının İran təyyarəsinə hücumunun himayəsi;
-1986-cı il, aprel ayında ABŞ təyyarələri Liviya paytaxtını bombaladı;
-1988-ci ildə İranın sərnişin təyyarəsi vuruldu və 290 sərnişin həlak oldu.
-1989-cu ildə Liviyanın növbəti iki təyyarəsi vuruldu;
-İraq Küveytə hücum edən zaman Səudiyyə Ərəbistanının müdafiəsi adı altında bu ölkəyə minlərlə amerika hərbçisi ezam edildi.
-1992-ci ildə İraqda kürdləri qorumaq adı altında qadağan olunmuş uçuş zonasının yaradılması;
-1993-cü ildə sanksiyalara nəzarət üçün 20 min hərbçinin Haitiyə ezamı;
-1995-ci ildə NATO qüvvələri çərçivəsində serblərin bombardmanı;
-1998-ci ildə İraqın bir sıra məntəqələri bombalandı;
-1998-ci ildə Əfqanıstan və Sudana raket hücumu;
-1999-cu ildə Serbiyanın bombalanması;
-2004-cü ildə Haitidə hakimiyyəti dəyişmək üçün bu ölkəyə təcavüz;
-2006-cı ildə Somalidə islamçılara hücum əməliyyatları;
-2001-ci ildən bu günə qədər Əfqanıstan və Pakistana sərnişinsiz təyyarələrin hücumu;
-2011-ci ildə Qəzzafini devirmək üçün əməliyyatların himayəsi

Vilayet.nur-az.com


5440 بازدید
در حال ارسال اطلاعات...