Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2015

Vilayəti-fəqih şəxsiyyətlərin nəzərində

Ayətullah Xameneiyə ardıcıllıq İslam düşmənlərinin ümidini qırır
İmam Xomeyni (r):
-Vilayəti-fəqih elə Allah Rəsulunun (s) vilayətidir.
-Vilayəti-fəqih ilahi peyğəmbərlərin hərəkatının davamıdır.
-Peyğəmbər hökumətinin ixtiyarlarının Əli (ə) hökümətinin ixtiyarlarından, Əli (ə) hökumətinin ixtiyarlarının fəqih hökumətinin ixtiyarlarından artıq olması batil və qələt iddiadır.Allah-taala həmin ixtiyarları bugünkü hökumətə verib.
-Vəliyyi-fəqih Allah rəsulunun vəsisidir və qeyb zamanında müsəlmanların imamıdır.
-Peyğəmbər və imamın hökumət və siyasətlə bağlı səlahiyyətlərinə vəliyyi-fəqih də malikdir.
-Vilayəti-fəqihə arxa olun ki, məmləkətinizə zərbə dəyməsin.
-Vilayəti-fəqih qanunun icraçısı və diktaturanın müxalifidir.
-Vilayəti-fəqih diktatura yox ilahi qanunların hakimiyyətidir.
-Vilayəti-fəqih mövzusunun təsəvvürü onun təsdiqinə səbəb olur və dəlilə ehtiyac qalmır.
-Vilayəti-fəqihi xibrə məclisi kəşf etməyib, əvvəlcədən bu mövzu gündəmdə olub.

Ayətullah Xamenei:
-Vilayəti-fəqih məzhəb üsullarındandır, fəqih vilayət və imamət şənlərindəndir.
-Vəliyye-fəqihin hakimiyyətində onun göstərişlərinə itaət fəqihə də vacibdir.
-Şəriət icazə vermir ki, bir şəxs özünü daha layiqli bildiyindən vilayəti-fəqihə müxalif olsun.
-İptidai cihad hökmünün vəliyyi-fəqih üçün olması qüvvədədir.

Ayətullah Məhəmməd Həsən Nəcəfi (Sahibi-Cəvahir):
Vilayəti-fəqihi inkar edən fiqhdən xəbərsizdir.

Ayətullah Zeynəddin Amili (Şəhid Sani):
-İmam Mehdinin (ə) qeybi dövründə onun tərəfindən fəqih səlahiyyətlidir.

Ayətullah Brücerdi:
-Vilayəti-fəqihi inkar edən təkcə şiə fiqhini inkar etməyib. Həm də İslam fiqhinin zəruri hökmünü rədd edib.

Ayətullah Xoyi:
-İmamın qeybi dövründə ibtidai cihad hökmü fəqihin səlahiyyətlərindəndir.

Ayətullah Seyid Əli Sistani:
Şəriət vilayətinə malik olan fəqihin hökmü hətta müctəhidlərə vacibdir.

Mərhum Nəraqi:
Mərhum Nəraqi Vilayəti-fəqih üsulunu sübuta yetmiş üsullardan sayır, bu mövzunu rəvayətlərlə sübuta yetirir. Vəliyyi-fəqihin vəzifələrini iki qisimə bölür: 1.Peyğəmbər və imama sabit olan fəqihə də sabitdir. Rəvayətlərə əsasən peyğəmbərin varisi və ya xəlifəsi olan alimlərdə peyğəmbər və imamların bütün bərəkətləri var; 2.Sünnə və əql baxımından müsəlmanların ehtiyacı olan bütün işlər barədə hökm vermək fəqihin səlahiyyətidir.

Ayətullah Nasir Məkarim Şirazi:
-Etiqadımız budur ki, İslam cəmiyyətinə müdriyyət Allah tərəfindən icazəli olmalıdır. Xalqın qəbul etməsi ilə məqsəd daha tez gerçəkləşir. Biz bu fikirdəyik ki, vəliyyi-fəqih qeyb dövründə İmam Mehdinin nümayəndəsidir.

Ayətullah Nuri Həmədani:
-İmam Rahil buyururdu ki, ölkəni zərbədən qorumaq üçün vilayəti-fəqihə arxalanın. Bu inkarolunmaz bir həqiqətdir.
-Tarixi yaxşı oxuyun, cərəyanları öyrənin. Bu işi görsəniz vilayəti-fəqihin necə böyük nemət olduğunu dərk edərsiniz.

Ayətullah Cəfər Sübhani:
Rəvayətlərə əsasən qeyb dövründə İmamət vəzifələri zəruri şərtlərə malik müctəhidə tapşırılmışdır. İlahi hökmlərin icrası, İslam cəmiyyətinə müdriyyət fəqihsiz mümkün deyil.

Ayətullah Safi Gülpayiqani:
-Vilayəti-fəqih bütün alimlərin yekdil qəbul etdiyi həqiqətdir. Bu mövzuya şübhə edənlər onun əsaslarını yox, hüdudlarını müzakirə edirlər.

Ayətullah Cəvadi Amuli:
-Vilayət əsasında hakimiyyətdə fəqih İmam Mehdinin (ə) naibidir.
-Əziz gənclər, tələbələr! Dində vilayəti-fəqih ciddi mövzudur. İslam cümhuriyyətinin banisi vilayəti-fəqihin memarı oldu. “İnnəma vəliyyukumullah” təbirində aqil insanlara müraciət olunur. Deyilir ki, ey ağıl sahibləri, sizin vəliniz Allahdır, Allah tərəfindən peyğəmbərdir, peyğəmbərdən sonra məsumdur, məsumdan sonra onun naibidir. Böyük rəhbər bu səlahiyyəti daşıyır.

Ayətullah Qərəviyan:
-İslam məmləkətinin qorunması ehtiyacı zəruri edir ki, mərcəiyyət rəhbərlikdə olsun. Bu səlahiyyət elə birinə verilməlidir ki, fiqhi bilməklə yanaşı, dünyadan, imperializmin planlarından xəbərdar olsun. Müsəlmanlar saleh bəndə, zahid fəqih Ayətullah Xameneiyə təqlid etməklə İslam düşmənlərinin ümidini qırır.

Höccətülislam vəlmüslimin Seyid Həsən Nəsrullah:
Vilayəti-fəqih bizim dini əqidəmizdir: Livan konstitusiyasında vilayəti-fəqihə hörmətsizlik bizim etiqadımıza hörmətsizlik sayılır, biz buna yol vermərik.

Vilayet.nur-az.com


6198 بازدید
در حال ارسال اطلاعات...