
İngilislər onlara deyirdilər ki, siz Ənəzə qəbiləsindənsiniz və biz sizi sevirik!
Həzrət Vəliəsr araşdırma mərkəzinin mütəxəssi deyir: Ali-Səud Ənəzə qəbiləsi, başqa sözlə Xeybər yəhudilərindəndir. Maraqlıdır ki, ingilislər onlara deyirdilər ki, siz Ənəzə qəbiləsindənsiniz və biz sizi sevirik!
Fars İnformasiya Agentliyinin verdiyi xəbərə görə, Suriyada peyğəmbər səhabəsinin qəbrinin dağıdılması, hətta İraqda ilahi peyğəmbərin qəbrinin təhqir olunması, bu ölkədə İŞİD-in cinayətlərinin davamı, Səudiya Ərəbistanının bu cinayətləri himayə etməsi, bu təkfirçi qrupdan olan müftilərin himayələri səbəb oldu ki, Bəqi İmamlarının (ə) məzarlarının dağıdılması il dönümü münasibəti ilə Höccətülislam Seyid Məhəmməd Yəzdani ilə bu barədə söhbət aparılsın. Müsahibədə vəhabiliyin kökləri, Peyğəmbərin (s) bu barədə əvvəlcədən xəbər verməsi, dünya imperializminin vəhabiliyin formalaşmasındakı rolu, sünnə əhlinin vəhabiliyin gizli yönlərinə münasibəti mövzuları nəzərdən keçirilib. Söhbət zamanı Höccətülislam Seyid Məhəmməd Yəzdani deyir:
Ali-Səud sülaləsinin kökündə iki maraqlı nöqtə var: Onlar Xeybər yəhudilərindən Ənəzə qəbiləsindəndirlər; onların nəsili Rəbiə ibn Maneə gedib çatır.
Birinci nöqtədən aydın olur ki, Ali-Səud elə həmin Ali-Yəhuddur. İkinci nöqtə sübut edir ki, onlar Peyğəmbərin (s) öncədən haqqında danışdığı iki şaxədən biridirlər.
Onların nəsli Xeybərdə məskunlaşmış yəhudilərə gedib çıxır. Onlar Peyğəmbərə (s) qarşı müharibələrdə çox sərt mövqedə dayanırdılar. Nəhayət Xeybər qalası Həzrət Əli (ə) tərəfindən fəth olundu. Onların həzrət Əli (ə) ilə düşmənçiliyinin səbəbi Xeybər qalasının onun tərəfindən fəth edilməsidir. Onlar narahatdırlar, qəlblərində kin-küdurət var. Bu gün yəhudilər və Ali-Səud bir cəbhədədirsə bunun səbəbi Ali-Səudun Xeybər yəhudilərindən olmasıdır.
Digər bir tərəfdən, onların babası Vəhib olub. Bu ailə Əlvəhəbə adı ilə tanınıb. Vəhabilərin adı Məhəmməd ibn Əbdül-Vəhhabın adından yox, Vəhəbə ailəsinin adından götürülüb.
“Səhihi-Buxari”də həzrət Peyğəmbərdən (s) bir rəvayət var. Rəvayətdə nəql olunur ki, şeytanın buynuzu Rəbiə və Muzər adlı iki tayfanın ittifaqından yaranıb. (“Səhihi-Buxari”, rəvayət, 3302) Rəvayətdə deyilir ki, iman Yəməndədir. (Nəzərdə Üveys Qərən ya da Seyyid Yəmani tutula bilər). Daşqəlblilik Rəbiə və Muzər tayfalarındadır. Şeytanın buynuzu bu iki qəbilədən yaranıb.
Həzrət Peyğəmbər (s) buyurur ki, əgər mən onları görə bilsəm qətlə yetirərəm. Necə ki, Allah-Taala Ad qövmünü məhv etdi. Peyğəmbərin (s) öncədən xəbər verdiyi hadisələrdən biri vəhabilərin səhnəyə çıxmasıdır. Axirüz-zamanda xüruc edənlərin xüsusiyyətlərindən biri budur ki, başları qırxılmış, saqqalları uzun, bığları qısa, libasları gödək olar.
Ərəbistan hökumət başçısı Əbdül-Əziz ibn Səud Ser Persi Koksun ayağına düşdü və dedi ki, Ser Persi Koks da mənim atamdır. Məni o yaradıb, o bu məqama çatdırıb. Əgər məndən ərəbistanın yarısını yox, hamısnı istəsə ona verərəm.
Bəsə ila Nəcd kitabında maraqlı bir məlumat verilir. Uilyam Şekspir adlı bir casus (bu məhşur İngilis yazıçısı Şekspir deyil) hərbi biz zabit olub. O, Cəvasisul-Ərəb kitabında yazır ki, Uilyam Henve Erfiyan Şekspir adı Məlik Əbdül-Əziz hakimiyyətinə daha yaxındır. Bu şəxs Məlik Əbdül-Əzizin topxanasına rəhbərlik edib. Bu şəxs Ali-Rəşid qüvvələri tərəfindən miladi 1915-ci, yanvarın 24-də öldürülüb.
Hazırda Kəbə ətrafında 300-ə yaxın ilahi peyğəmbər dəfn olunub. Hələbi bu barədə deyir: Rüknlə məqam və Zəm-zəm arasında 99 peyğəmbər qəbri var. Kəbə ətrafında 300 peyğəmbər dəfn olunub. Bütün vəhhabilər həmin yerdə namaz qılırlar. Əgər qəbir üzərində namaz qılmaq olmazsa onda vəhabilərin da namazında problem var. Həzrət Hud (s), həzrət Saleh (s), həzrət Şüeyb (s), həzrət İsmayıl (s) və başqa peyğəmbərlərin məzarı oradadır.
Vilayet.nur-az