Beynəlxalq məsələlər üzrə ekspert Mehdi Məhəmmədi Ərəbistanın Yəmənə hücumu və onun nəticələrindən danışır...
Mehr İnformasiya Agentliyi Doktor Mehdi Məhəmmədinin Yəmənə təcavüzlə bağlı qeydlərini nəşr edib:
Yəmən müharibəsi çox ehtimal ki, yaxın şərqdə silsilə geosiyasi dəyişikliklərin başlanğıcı olacaq. Bu dəyişikliklər bir qədər öncə başlamış prosesin davamıdır. Amma onu Ərəb Baharından ayrıca bir hadisə kimi dəyərləndirmək olar. Səudiyyə Ərəbistanı Yəməndə böyük güc göstərmədi və bu imkana malik də deyil. Ərəbistan ordusu öz sərhədlərini qorumağa aciz ordudur. Bu ordunun başqa bir ölkəni işğal etməsi sadə məsələ deyil. Necə ki, Ərəbistanın strateji müttəfiqi olan Misir rəhbərliyi Sina səhrasına nəzarət etməkdə aciz qalıb. İndi bu ölkələr Yəmən üçün siyasi kurs təyin etmək fikrinə düşüb.
Yəmənə havadan hücumların başlanğıcı ilə bağlı bir neçə nöqtəni qeyd etmək lazımdır. Unutmamalıyıq ki, bu hücumda Amerikaya məxsus bir layihə həyata keçirilir. Amerika neçə aydır Ərəbistan və İsrail tərəfindən ittiham edilir ki, öz regional siyasətini dəyişib. Məhz bu məsələyə eyni münasibət İsrail və Ərəbistanı son həddə yaxınlaşdırıb. Bu iki ölkə idda edir ki, Amerika məntəqədəki müttəfiqlərini nəzərə almadan xəlvətdə İranla sövdələşmə aparır. Onlar Amerikadan regional məsələlərə birbaşa müdaxilə intizarındadılar. Hansı ki, Amerikanın öz qüvvələrini tədricən regiondan çıxardığını görürük. Ərəbistan və İsrailin İranla nüvə razılaşmasına qarşı çxmasının əsas səbəbi Amerikadan narazılıqdır. Ərəbistan və İsrail görür ki, nüvə razılaşması baş tutsa İran düşmənlər siyahısından çıxarılacaq. Bu zaman o Amerika ilə rəqabət üçün daha böyük imkanlar əldə edəcək. Əslində İsrail və Ərəbistan müzakirələrə qarşı çıxarkən nüvə proqramını nəzərdə tutmurlar. Bu müzakirələr onların nəzərində nüvə proqramından daha geniş bir əməkdaşlığa yol açır. Siyasi mövqelərini itirməkdə olan Ərəbistan və İsrail Amerikadan təzminat istəyir ki, nüvə razılaşması geosiyasi bir razılaşma olmayacaq, İranın regionda güc olaraq tanınması ilə nəticələnməyəcək. Müzakirələrdə razılaşma ehtimalı gücləndikcə Avropaya da təzyiqlər artacaq. Obama İranla razılaşma əldə olunacağı təqdirdə müttəfiqlərini inandırmalıdır ki, mövzu yalnız nüvə proqramıdır. Con Kerri bir neçə həftə öncə Ciddədə bildirdi ki, ABŞ-la İran arasında heç bir böyük sövdələşmə yoxdur. Kerri bəyanatında müttəfiqləri inandırmağa çalışırdı ki, bu razılaşma İrana heç bir geosiyasi imtiyaz verməyəcək.
Bu baxımdan Yəmənə havadan hücum Amerikanın Ərəbistan və İsrailə geosiyasi zəmanəti sayıla bilər. Bu mövzunu yetərincə anlamaq üçün Obamanın hərbi akademiyadakı çıxışını yada salmaq lazım gəlir. Obama həmin çıxışında dedi: “Əvvəla, Amerika xalqı istənilən bir müharibənin başlanmasına nifrət etdiyindən; ikincisi; Amerika ordusu zəiflədiyindən və yorulduğundan; üçüncüsü, ciddi iqtisadi problemlər səbəbindən; dördüncüsü, Amerikanın xarici siyasətində yeni mahiyyətli təhlükələr irəli gəldiyindən birbaşa strateji müdaxiləni kənara qoyuruq. Bunun əvəzində hadisələri uzaqdan idarə edirik, regional problemin həllini regionun oyuncularına tapşırırıq, hərbi qüvvələri azaldırıq, məntəqədə koalisiya yardırıq, birbaşa müdaxiləyə yox deyirik, sanksiyalar kimi təzyiq vasitələrindən istifadə edirik...” Bu çıxışdan aydın olurdu ki, Amerika öz hərbi iqtidarının sona çatdığını etiraf edir. Onun siyasi iqtidarı isə çoxdan idi tamamlanmışdı. Belə görünür ki, Amerika artıq öz daxili problemləri ilə məşğul olmaq zərurətini dərk edir. Amerika dəfələrlə cəhd göstərib ki, öz regional müttəfiqlərini bu strategiyaya öyrəşdirsin. İŞİD-ə qarşı koalisiya qısa bir müddətdə formal olduğunu ortaya qoydu. Əvəəlcədən nəzərdə tutulmamışdı ki, İŞİD-ə qarşı ciddi mübarizə aparılsın. Əsas məqsəd görüntü yaratmaq idi. Aydın məsələdir ki, bıçaq öz dəstəyini kəsmir. Koalisiya mövzusunda açıq görünürdü ki, Amerika müttəfiqlərini oyuna çəkir. Yəmən məsələdində ilk dəfə Obama dövləti yeni strategiyanı açıq ortaya qoydu. Amerika Yəmən məsələsinə birbaşa müdaxilə etmir, bu imkana malik də deyil. Amma məsələni nəzarətsiz də buraxmaq fikrində deyil. Nəticə bu olur ki, regiondakı oyunçulardan kualisiya yaradıb onları idarə etsin. Əməliyyatlara informasiya dəstəyi verir, onları kəşfiyyat məlumatı ilə təchiz edir. Ağ Ev düşünür ki, əməliyyatlara qoşulmadan problemləri həll edə biləcək. Amerika Yəmən məsələsini Səudiyyə Ərəbistanı, Qətər, Küveyt Misir və Sudanın əli ilə həll etmək fikrindədir. Amerika İraq təcrübəsini təkrarlamaq istəmir. Bunu ağıllı qərar da saymaq olar. Əməliyyata o ölkələr qatılır ki, birbaşa mənafeləri var, məntəqəni tanıyırlar, milli və coğrafi koloritlə tanışdırlar. Amma Amerika bir nöqtəni nəzərdən qaçırıb. Bu məharət məsələsidir. Dünyanın bir nömrəli ordusu sayılan ABŞ ordusu zəifləyib qılıncını qlafına qoyursa məharətsiz region ordularından nə gözləmək olar?! Regiondakı hərbi qüvvələr belə bir məharətə malik deyil. Əməliyyatlarda birbaşa iştirak fikrindən daşınmış ABŞ sadəcə bacarıqsız hərbi qüvvələrə atalıq qayğısı göstərəcək.
Yəmən gözəl şəkildə göstərəcək ki, məntəqədəki qüvvələri hücuma cəlb etmək axmaq addımdır. Bu kualisiya da əvvəlki kualisiya kimi bir iş görə bilməyəcək. ABŞ-ın məntəqədəki müttəfiqləri də bu məsələnin həllində ABŞ qədər acizdir. Amerika öz strateji zəifliyini taktiki məharəti ilə ört-basdır edə bilməyəcək. Amerikanın yeni strategiyası bir kəndi idarə etmək üçün də səfərbərlik aparmaq gücündə deyil. Yəmən haqqında deyiləsi sözlər çoxdur. Bu yazıda sadəcə Amerikanın regional strategiyasına xülasə nəzər salınıb. Yəmən müharibəsi, məntəqənin təhlükəsizliyi aktual mövzu olaraq qalır.
Vilayet.nur-az.com