Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2015

Tez qocalmaq istəmirsən?

Dərdləri yaradan Allah onların dərmanını da yaradıb
Tibbur-Rəsul (Peyğəmbər təbabəti)

Heyva hədiyyəsi...
Həzrət Peyğəmbər (s) buyurur: Heyva yeyin, onu bir-birinizə hədiyyə verin. Heyva gözü işıqlandırır, qəlbə eşq gətirir. Hamilə qadınlarınıza heyva verin ki, övladlarınız gözəl olsun... Həzrət (s) buyurur: Peyğəmbərlərdən (s) heyva ətiri gəlir. Hurilərin qoxusu iskəncəbin (bal) qoxusudur. Mələklərin ətri qızıl gül ətiridir. Qızım Fatimədən (s) heyva, isgəncəbin, qızıl gül ətiri gəlir. Allah hansı peyğəmbəri göndərdisə o peyğəmbərdə heyva ətiri var idi. Heyva yeyin, övladlarınızın gözəl olması üçün hamilə qadınlarınıza heyva yedirdin... Həzrət Peyğəmbər (s) Həzrət Əliyə (ə) buyurur: Ey Əli (ə)! Kim üç gün ac qarına heyva yesə, zehini paklanar, sinəsi elmlə dolar, dözümlü olar, şeytan və şeytansifətlərin hiyləsindən amanda qalar... Heyvanı ac qarına yeyin. Heyva sinənin istiliyini aradan qaldırır... Həzrət Əli (ə) buyurur: Bir gün Peyğəmbərin (s) əlində heyva var idi. Heyvadan mənə də verdi və buyurdu: Ey Əli (ə) heyva ye, bu Allahın mənə və sənə hədiyyəsidir. Mən ehyva yeməklə bütün ləzzətləri dadmışam... Bir gün Peyğəmbər (s) Cəfər ibn Əbu Talibə heyva verib buyurur: Heyva ye, heyva dərinin rəngini gözəlləşdirir, övlada gözəllik verir... Həzrət (s) buyurur: Heyva yeyin, heyva yaddaşı və zehini gücləndirir, sinədəki ağrını aparır, övladın gözəlliyinə səbəb olur... Bir gün Təlhə Peyğəmbərin (s) yanına gəlmişdi. Peyğəbər (s) əlindəki heyvanı ona verib buyurdu: Əbu Məhəmməd, heyvanı ye, çünki ürəyi gücləndirir, ruhu paklaşdırır, sinədəki ağırlığı aradan qaldırır... Həzrət Peyğəmbər (s) buyurur: Ürəyinizdə ağırlıq hiss edəndə heyva yeyin... Heyva sinədəki ağırlığı götürür.

Ətdən sonra düyü!
Həzrət Peyğəmbər (s) buyurur: Düyü yaxşı dərmandır. Soyuq məzaclıdır, bütün qəstəliklərə qarşı faydalıdır... Dünya və axirət əhli üçün yeməklərin şahı ət, sonra düyüdür... Yeməklər arasında düyü tayfa arasında rəis kimidir.

Paxla yaddan çıxmasın...
Həzrət Peyğəmbər (s) buyurur: Kim bir paxla dənəsini qabıqlı yesə Allah həmin həddə onun xəstəliklərinə şəfa verər. İsa (s) səmaya qalxana qədər paxla yeməyi tərk etmədi.

“And olsun əncirə!”
Həzrət Peyğəmbərə (s) bir qədər əncir hədiyyə gətirdilər. Həzrət buyurdu: Əncir yeyin. Əgər behiştdən bir meyvə gəldiyini deməli olsaydım bu meyvənin adını çəkərdim. Əncir tumsuz meyvədir. Babasili sağaldır, başqa faydaları var... həm təzə, həm də qurudulmuş əncir yeyin. Cinsi qüvvəni artırır, babasili sağaldır, soyuqdəyməni aradan qaldırır.

Hər şəhərdə əvvəlcə soğan!
Həzrət Peyğəmbər (s) buyurur: Əgər bir şəhərə, bir vilayətə getsəniz, vəbaya yoluxmaqdan qorxsanız soğan yeyin. Soğan gözü işıqlandırır, tükü saflaşdırır, belin suyunu artırır. Soğan gün vurma və yorğunluğu aradan qaldırır... Həzrət (s) buyurur: Bir şəhər və kəndə gedəndə oranın soğanından yeyin ki, vəbaya tutulmayasınız.
C vitamini barədə çox yazılıb. Məhşur alman araşdırmaçısı professor Kervat deyir: Orqanizmin zəruri ehtiyacı olan c vitamininin çatışmamazlığı restoran və yeməkxana xörəklərindən daha çox gözlənilir... Əksər mütəxəssislər bu fikirdədir ki, evdən bayırda hazırlanan xörəklərdə c vitamini kifayət həddə deyil. Buna görə də göy-göyərti yeməklə c vitamininə olan ehtiyacı aradan qaldırmaq lazımdır. Soğanda c vitamini kifayət qədər çoxdur. Həzrət Peyğəmbər (s) soğan yemək göstərişi verməklə bu vitaminə olan ehtiyacın təmin olunmasını nəzərdə tutur.

Pendir yuxu gətirir...
Həzrət Peyğəmbər (s) buyurur: Pendir yeyin, çünki pendir yuxu gətirir, həzmə kömək edir. Pendir xəstəliyə səbəb olur, amma qozla yeyilsə dərman olar. Pendir də, qoz da təklikdə xəstəlik yaradır. Birlikdə yeyilsə dərman olar. Hamilə qadın yemişlə pendiri birlikdə yesə övladı gözəl və əxlaqlı olar.

Qəm-qüssənizi sidrlə dağıdın!
İsa ibn Abdullah Ələvi atasından, babasından nəql edir ki, Peyğəmbər (s) qəmgin olduğu zaman Cəbrail dedi: Ey Allahın Rəsulu (s) başını sidrlə yu.

Saqqal üçün sevilən rəng... (Xizab)
Həzrət Peyğəmbərə xəbər verdilər ki, yaxınlarından bir qrupu saqqalına sarı rəng qoyub. Həzrət (s) buyurdu ki, bu İslamdandır, mən onları görmək istəyirəm. Həzrət Əli (ə) onların yanına gedib Peyğəmbərin (s) sözünü çatdırdı. Həmin adamlar Peyğəmbərin (s) görüşünə gəldilər. Həzrət Peyğəmbər (s) buyurur: Bu İslam rəngidir. Həzrət Əli (ə) buyurur ki, Peyğəmbərin (s) sözündən həvəslənənlər növbəti dəfə saqqallarına qırmızı rəng qoydular. Həzrət (s) bunu eşidib buyurdu ki, bu iman rəngidir. Həmin adamlar Peyğəmbərin (s) təşviqi ilə ömürlərininin axırına qədər saqqallarına rəng qoydular. Həzrət Peyğəmbər (s) buyurur: Saqqala qoyulan rənglər arasında Allah üçün xoş olanı qara rəngdir... Həzrət (s) buyurur: Saqqala rəng qoymağın 14 xüsusiyyəti var. Qulağın havasını alır, gözü itiləşdirir, burunu yumşaldır, ağızı ətirləndirir, damağı möhkəmləndirir, bədənin pis qoxusunu aradan qaldırır, şeytan vəsvəsəsini uzaqlaşdırır, mələkləri sevindirir, möminlərin könlünü açır, kafirlərin qəzəbinə səbəb olur, gözəllik və xoş ətir səbəbidir, qəbirdə rahatlıq gətirir, nəkir və münkər ondan həya edir.

Saçınızı darayın!
Həzrət Peyğəmbər (s) buyurur: Saçı daramaq vəbanı uzaqlaşdırır, ruzini artırır, cinsi qabiliyyəti gücləndirir... Həzrət (s) buyurur: Kim şənbə və cümə axşamı günü dırnağını tutsa və bığını qısaltsa diş ağrısı və göz ağrısından amanda qalar.

Gün doğanda nar yesən...
Həzrət Peyğəmbər (s) buyurur: Nar meyvələrin şahıdır. Kim 40 gün gün doğan vaxt nar yesə şeytanı qəzəbləndirər... Həzrət (s) buyurur: Kim narı tam yesə qırx gecəyə qədər qəlbi nurani olar... Narı pərdəsi ilə yeyin, çünki bu halda mədəni yuyur.

Baş ağrısına qarşı...
Həzrət Peyğəmbər (s) buyurur: Hamamdan çıxandan sonra ayağı soyuq su ilə yumaq baş ağrısından qoruyur.

Tez qocalmaq istəmirsən?
Doqquz şey insanı tez qocaldar: Gecə ayaq üstə su içmək, qarnı üstə yatmaq, başı (mədəndən çıxan) torpaqla yumaq, yaxanı üzə sürtmək, qadının cinsi üzvünə baxmaq, ətirdən çox istifadə etmək, ayaqyolunda çox qalmaq, cinsi əlaqədə çox olmaq, yersiz danışmaq.

Şam yeməyi yeyirsiz?
Həzrət Peyğəmbər (s) buyurur: Şam yeməyini tərk etməyin. Bir neçə xurma ilə də olsa şam yeyin. Şam yeməmək qocalığa səbəb olur, şam yemək insanı cavanlaşdırır.

Dərmansız dərd yoxdur!
Həzrət Peyğəmbər (s) buyurur: Hər dərdin öz dərmanı var. Dərmanı verilsə xəstəlik sağalar... Dərdləri yaradan Allah onların dərmanını da yaradıb... Nə qədər ki, xəstəlik müəyyən olunmayıb dərmandan istifadə etmə... Təbabəti bilmədən tiblə məşğul olan şəriət qarşısında cavabdehdir. Tibbi bilmədiyindən bu işi görüb ölümə və ya zərərə səbəb olan şəriət qarşısında cavabdehdir.


7632 بازدید
در حال ارسال اطلاعات...