Cənab Rəhbər Ayətullah Xamenei şəmsi 1393-cü ildə (ötən il) Xibrə Məclisi üzvləri ilə görüşdə kamil İslam nizamının yaradılması zərurətindən danışaraq bəzilərinin minimum din mülahizələrinə münasibət açıqlayıb (Khamenei.ir):
İslam maarifi məcmuəsindən əldə etdiyimiz budur ki, İslam müsəlmanlardan kamil İslam nizamı yaradılmasını istəyir. İslamın istədiyi kamil dinin həyata keçməsidir. Bunu din məcmusunda hiss etmək olar.
Minimum din, minimumlarla kifayətlənmək İslam baxımından məqbul deyil. Bizim öz maarifimizdə minimum din deyilən şey yoxdur. Hətta Quranda bəzi dini hökmlərlə kifayətlənmək məzəmmət olumuşdur. Hicr, 91: Əlləzinə cəəlul-quranə izin... O kəslər ki, Quranı hissələrə böldülər! (Quranın bir qisminə inanıb, digər qismini inkar edirdilər). Minimum din, minimumla kifayətlənmək İslamda məqbul sayılmır. Bizim maarifdə minimum din deyilən bir şey yoxdur. Əksinə, Qurani-Kərim müxtəlif məqamlarda dinin bəzi hökmlərinə əməl etməklə kifayətlənməyi qınayır. Hicr, 91: Əlləzinə cəəlul-quranə izin... O kəslər ki, Quranı hissələrə böldülər! (Quranın bir qisminə inanıb, digər qismini inkar edirdilər). Nisa, 4: Və yəqulunə numinu bibəzin və nəkfuru bibəzin... Biz peyğəmbərlərdən bəzisinə inanır, bəzilərinə isə inanmırıq - deyərlər... Bu münafiqlərə aiddir. Quranın ədalətin pərpası, ədalətə riayət etmək kimi mühüm prinsipial göstərişləri də kifayət deyil. Hədid, 25: And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik. Biz onlara birlikdə kitab və ədalət tərəzisi nazil etdik ki, insanlar ədalətlə rəftar etsinlər... Burada həm insanların ədalətlə rəftarı, həm də insanlarla ədalətlə rəftar mənaları nəzərdə tutla bilər. Amma müqəddəs şəriət insanın təkcə ədalət riayət etməsini bəs asymır. Şura, 13: (Ya Peyğəmbər!) Allah: “Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!” – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər! Həcc, 42: O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək, namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir... Aydın olur ki, insan ədalətə riayət edir deyə namaz və zəkat kimi göstərişlərdən azad ola bilməz. Nəhl, 35: Biz hər ümmətə: Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə peyğəmbər göndərmişdik...Bu məzmun Quranda dəfələrlə təkrarlanır. Demək, Allah peyğəmbərləri, tövhid üçün, xalqı azğın hakimlərə itaətdən çəkindirmək üçün göndərib. Mühüm budur. Şura, 13: Allah: “Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!” – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi... Şura, 13 (davamı): Sənin dəvət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!.. .... Əhzab,1: Ya Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!.. Bəli, sənin bu hərəkətlərin müqabilində düşmənçiliklər olacaq.
Vilayet.nur-az.com