Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2013

Senzura şəhid Avininin nəzərində

Divarlar o zamana qədər faydalıdır ki, gecə oğruları yerlə gəlir. Amma oğrular göydən ələndiyi zaman divarlara necə etibar etmək olar?!

Şəhid Mürtəza Avini İslam jurnalistika tarixində zirvə nöqtələrdəndir. Böyük Rəhbər Ayətullah Xamenei onu qələm əhli şəhidlərinin seyidi, ağası adlandırır. Şəhid Avininin məqalələri arasında "İnformasiya partlayışı" adlı məqaləni nəzərdən keçirəcəyik...

***

Özüm də bilmirəm ki, nə üçün bu söz məni lazım olduğu qədər qorxutmur. Hətta səbri tükənmiş, dünyanın sona çatdığını düşünən şəxs kimi şad oluram. Nitsşe filosoflara müraciətlə deyir: "Evlərinizi vulkan püskürən dağların ətəyində tikin." Mən bu sözləri axtarışda olan bütün insanlara ünvanlanmış görürəm. Qaçmaq yalnız qurtuluşu düşünən insanların sifətidir. Hansı ki ölüm də, fəryad da bir dəfə insanın sorağına gəlir.

Qlobal dünya, bütün yer üzünü əhatə edəcək vahid şəhər reallıqdır. İstəsək də, istəməsək də buna doğru gedirik. Bu fikir təkcə öz lokal qanunlarına tabe olan şəxsləri qorxudur. Olsun ki qərb bizdən də çox qorxur. Biz qlobal dünyanın müti vətandaşları deyilik. Dediyim sözlərin şərhə etiyacı var.

Müti vətəndaş odur ki, yaşadığı cəmiyyətdən yuxarı baxa bilmir. Onda etiraz görməzsən. Rəsmi dəlilləri qəbul edir, rəsmi siyasətçilərin sözünə şəkki yoxdur. Məhəlli qanunlara o qədər təslimdir ki bu qanunların qibləsi ədalət olmasa da fərqi yoxdur. Bu çərçivədən kənarda nə varsa ondan qaçır. Qulağı, gözü, düşüncəsi təbliğata təslimdir. Məsələn, bizim İranda eşidəndə ki "filan bank xalqın bankıdır", buna çoxları inanır və bütün olanını həmin banka tapşırır. Qlobal dediyimiz dünyanın da müti vətəndaşlara ehtiyacı var. Bu ideya ardınca gedənlər başlarını aşağı salıb çörəyini yeməlidir.

Miladi 80-cı illər ərəfəsində yer üzündə heyrətamiz bir hadisə baş verdi. Qərb qəflət yuxusundan oyandı. Dünyanın bir nöqtəsində imperializm qullarından birinin hakimiyyət etdiyi yerdə qəfildən milyonlarla insan küçəyə axışdı, canlarından keçərək sinələrini ordunun süngülərinə sipər etdilər. Bu insanlar nə istəyirdi? Bu nöqtə çox maraqlıdır. Onların istəyi müasir dünyaya ağalıq edənlərin ağlına da gəlmirdi: İslam hökuməti! Bu hökumətin nümunəsi 13 əsr əvvəl bərpa olmuşdur. İran xalqı inqilab mesajını hansı radio-televiziyadan, film-teatrdan almışdı? Qərb bu suala cavab tapa bilmirdi. Onlar bu nə adlandırır adlandırsın, fundamentalizm, irtica desinlər, fərqi yoxdur. Qərbin belə bir ictimai hərəkatlara münasibəti önəmli deyil. Mühüm olan budur ki, informasiya divarlarına etibar etmək olmaz qənaəti yarandı. Reallıq bu idi ki, qərbə qarşı dayanan napaleonlar yox, seyid Müctəba Nəvvab Səfəvi, Hacı Mehdi İraqinin ölkəsi idi. İnqilab qərbin informasiya blokadasında saxladığı məkanda baş vermişdi. Bu məkan qərb üçün sabit və müti bir məkan idi. Mühüm budur ki, buna oxşar hadisələr dünyanın bütün başqa nöqtələrində də baş verə bilər. Mən Düşənbə şəhərini Rəhman Nəbiyev və Qızıl Ordunun istilasından öncə görmüşdüm. Oradakı ziyalılarla tanış idim. Deyərdin samanilər dövründən gəliblər. Cümə namazında elə insanlarla cərgədə dayanmışdım ki, kütləvi informasiya vasitələrinin əhatəsindən kənar, Əbu Hənifə əsrində yaşayırdılar. Hazırda Şərqi Avropa və Balkan müsəlmanları arasında nə baş verir? Bizim "Surə" jurnalında çap etdiyimiz foto çox söz deyir. Uzun saçlı, rembo eynəyi taxmış gənc başına "Allahu Əkbər, cihad" yazılmış lent bağlayıb. Bu hadisə nəzarətdə saxlanılan qərb ərazisində baş verir. Yer üzündə elə bir yer varmı ki, belə nəzarətdə olmasın?!

Qlobal dünya ideyası gercəkləşir. İstəsək də, istəməsək də peyk antenləri coğrafi sərhədləri tanımır. Bu həmin qlobal dünyadır ki onda Frans Kafkanın Qreqor Samsası dünyaya göz açıb. Bu həmin qlobal dünyadır ki, insanları Yevgeni İoneskonun məsx olmuş kərgədan sifətini qəbul ediblər.

Bu dünyada insanları eyni qəlibə salırlar, kimsə texnologiya mədəniyyətinin hakimlərindən qaça bilmir. Bu həmin dünyadır ki, damlarında 150 kanal çəkən antenlər cücərib. Bu həmin dünyadır ki, onda robotlar bir-birinə aşiqdir.

Bu həmin dünyadır ki, onda Terminator 2 otuz il əvvələ qayıdır və özünü məhv edir. Bu həmin dünyadır ki, Betmen Cokerlə vuruşur. Bu həmin dünyadır ki, televiziya şəbəkələrində altı yaşlı qızlara seks öyrədilir. Bu dünyada insan başlı qoyunlar və donuz başlı insanlar doğulur. Bu dünyada məsih haqqında hamını şoka salan təhriflər yayılır. Bu dünyada 246 növ cinsi təcavüz növü var. Maraqlıdır ki, elə bu dünyada haqq yolda şəhadətə gedirlər, hüseyniyyələrdə Allah qorxusu və ilahi eşqdan danışılır. Necə maraqlı dünyadır!

Bir əsrdən artıqdır ki, yer üzündə zahirən qərb mədəniyyətindən başqa mədəniyyət tanınmır. Bütün yer üzü bu mədəniyyətin sehri altındadır. Nə ədəbiyyat, nə mədəniyyət, nə incəsənət, nə ictimai və həyatın hansısa sahəsi bu mədəniyyətin təsirindən yayına bilməyib. Peyk antenləri sərhədləri dağıdıb, bütün evləri qlobal dünyaya qatıb. Zahirə baxan ağıl hökm edir ki, bu mefistofel hakimiyyətini dağıdacaq heç bir güc yoxdur. Amma belə deyil. Milan Kundra "Roman incəsənəti" kitabında qərb mədəniyyətinin son mərhələsindəki ziddiyyətlərdən danışır. Bu ziddiyyətləri son ziddiyyət adlandırır. Bir misalla sözünə aydınlıq gətirir: Yeni əsrdə dekard düşüncəsi orta əsrlərdən qalmış dəyərləri bir-birinin ardınca məhv edir. Amma ağılın tam qələbəsindən sonra bu qeyri-əqli ünsür (eqoizm) dünyaya hakim olacaq. Çünki hamının qəbul edəcəyi və inkişafı əngəlləyən dəyərlər olmayacaq.

Əgər realist olsaq ikinci dünya müharibəsini qərbin paradoksal xislətinin doğulduğu terminal kimi görərik. İnformasiya partlayışı həmin terminallarda baş verdi. Bu mədəniyyətin batinində təzadlar var. İnformasiya divarları uçulandan sonra dünya görəcək ki, qərb iqtidarı cəhalət üzündə qurulub və inqilab doğuran ictimai düşüncə ortaya çıxacaq. Eynən nur partlayışı kimi. Sovetlər Birliyi dağıldığı günə qədər özünü monolit göstərirdi. Qərb onu özünə düşmən sayırdı. Dağılandan sonra aydın oldu ki bu nizamın bünövrəsi yoxmuş.

Bu gün qərbdə hər şey 1930-cu illərdəkindən fərqlənir. Xalq sabaha ümidsiz baxır. İnsanlar gözləyir ki, qərb siyasətinin sığındığı qala böyük bir partlayışla uçulsun. Bu qalanın bir kərpicinin düşməsi puç mədəniyyətin məhvi üçün bəs edir. Əgər bir mədəniyyətə inam itirsə onun ölümünü gözləmək lazımdır.

Öz haqqımızda nə deyə bilərik? Biz qorxmamalıyıq, divarlar o zamana qədər faydalıdır ki, gecə oğruları yerlə gəlir. Amma oğrular göydən ələnəndə divarlara etibar etmək olmaz. Divarların bizi peyk antenlərinin şərindən qoruyacağına ümid etməməliyik. Bəli, evləri vulkan püskürən dağların ətəyində tikmək lazımdır. Həqiqətlə üzbəüz gəlməkdən qorxmamalıyıq. Qərb ən aciz vaxtında belə qorxu yaratmaq üçün rəcəz oxuyur. Küveyt müharibəsi belə oldu. Demək istəyirəm ki, peyk anteni onun haqqında düşündüyümüz qədər qorxulu deyil. "Anten gəldi" harayı qorxuludur. Bu harayla milli kimlik, əxlaq, dil məhv edilir. Televizor da gələndə belə bir vəziyyət yaranmışdı.

Peyk antenləri yeni mədəniyyətin gözlədiyi qloballaşmanın təzahürüdür. İşi işğalçılıq olan Amerikada da bu hadisənin təcəssümüdür. İstila və vilayət sözləri eyni kökdəndir. Bəziləri qərb istilasını zülm vilayəti adlandırır. Onlar yeni hadisələri dini leksikonda mənalandırmaq istəyirlər. Necə də düzgün ifadə tapıblar. Qərb əvvəlcədən dünyaya hakim olmaq istəyib. Bu gün anten hakimiyyətindən qorxuya düşənlər də, bunu həvəslə gözləyənlər də anten hakimiyyətini qərbin dünya üzərində hakimiyyəti sayır. Amma hər iki tərəf yanılır.

Nur-az.com


7899 بازدید
در حال ارسال اطلاعات...