Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2015

Şeytan və Məhəmmədəli Bab

Azğın bəhai firqəsinin tarixçəsindən (Babın qəbri İsraildə, Hayfadadır... )
Ayətullah-üzma Məhəmmədəli Əraki şiə dünyasının ən mötəbər simalarındandır. Mərhum alimin söhbətlərində bugünkü cəmiyyət üçün maraqlı olacaq nöqtələr kifayət qədərdir.

Mərhum alim Məhəmmədəli Babın şeytan tərəfindən tərbiyə olunması haqqında danışıb. Bu söhbətlə tanış olduqda şeytanın insanları necə azdırması, onları necə doğru yoldan çıxarması ilə bağlı şübhələr aradan qalxır. Bir zaman Məhəmmədəli Bab insanları doğru yoldan uzaqlaşdıran iddialarla səhnəyə çıxdı və onun azdırıcı addımları bu gün də kimlərinsə həyatına qaranlıq gətirir. Əgər bir zaman Məhəmmədəli Bab belə iddialarla çıxış edibsə, bu gün daha artıq azğın insanlardan oxşar iddialar eşidirik. Olsun ki, bu insanlar da şeytanın tərbiyəsi altında olanlardır. Tarixdə müəyyən səhnələrdə şeytanın özünü göstərməsi bir gerçəklikdir. Bu hadisə indi də təkrarlana bilər.
Ayətullah-üzma Əraki buyurur:
Bu söhbət dövrünün müctehidi Şeyx Əbdül-Kərim Hairi Yəzdi tərəfindən nəql olunub, mən də həmin məclisdə iştirak etmişəm. O da bu söhbəti mərhum Mirza İbrahim Şirazidən nəql edib. Höccətül-İslam Seyyid Məhəmməd Kazim Təbatəbai Yəzdinin qayınatası Hacı Molla Həsən dövrünün tanınmış insanlarından olub. O bir çox insanların təhsilinə yardım göstərib, o cümlədən Seyyid Məhəmməd Kazim Təbatəbainin bir alim kimi yetişməsinə səbəbkar olub. Qızını ona ərə verib, hətta arxasında da dayanıb namaz qılıb. Məhz o Seyyid Məhəmməd Kazimə iqtida etdiyi üçün çoxları bu namaza qatılıb.

Hacı Molla Həsən Yəzd ətrafında ibadətə məşğul olan bir şəxs haqqında danışır. Deyir ki, bu şəxsin məskunlaşdığı yer quraqlıq bir yer olub. Abid nəql edir ki, bir şəxs ibadətə məşğul olduğum zaman mənə yaxınlaşdı və mənimlə yanaşı dayanıb namaz qılmağa başladı. Mən onun gəlişi və mənimlə birlikdə ibadətə məşğul olmasına sevindim. İbadətdən sonra tanış olduq, onu işdə özümə köməkçi götürdüm. Tez-tez əyləşib söhbət edirdik. O öz bildiklərini mənə, mən də öz bildiklərimi öna öyrədirdim. Nəhayət, bir gün mənə dedi ki, filan yerdə eyş-işrət məclisi var. Dedi ki, biz həmin yerə gedib o insanları pis işlərdən çəkindirməliyik. Mən üzr göstərib imtina etdim. O israrla dedi ki, biz bu işi görməsək cəmiyyətdə günahın artmasına səbəb olacağıq. Nəhayət, mən ona qoşuldum və dediyi yerə getdik. Əvvəlcə qarşımızdakı evdən səs eşitmirdim. Yoldaşıma dedim ki, nə üçün buradan səs gəlmir? Ona qayıtmağı təklif etdim. Amma o təkid etdi ki, biz evə daxil olaq. Onun təkidi ilə evə daxil olduq. Evdə onun dediklərindən əsər-əlamət görünmürdü. Mən hiss etdim ki, bizim bu evə daxil olmağımız haram bir işdir. Bir evə icazəsiz daxil olmaq və orada nəsə axtarmaq günah işdir. Yoldaşıma etiraz etdim. Dedim bizim gördüyümüz iş günah işdir və dərhal buranı tərk etməliyik. Amma o fikrindən dönmək istəmirdi. Nəhayət qəzəbləndim və ona dedim ki, olmaya sən şeytansan, məni yoldan çıxarmaq istəyirsən? O bu sözlərdən çox məyus olub dedi: “Mənim zəhmətimi puça çıxardın. Mənim nəzərdə tutduğum məqama çatmağa layiq deyilsən. O məqama Seyyid Əli Məhəmməd Şirazi (Bab) layiqdir!” Bu sözləri deyib yola düşdü. Bu hadisə Seyyid Əli Məhəmməd Babın səhnəyə gəlişindən qabaq baş vermişdi. Hələ o vaxt onu kimsə tanımırdı. Bəli, şeytan bir azğın təriqətə başçılıq üçün məni bəyənmədi, Əli Məhəmməd Babın sorağına getdi.

Vilayet.nur-az.com


7793 بازدید
در حال ارسال اطلاعات...