Cənab Rəhbər Ayətullah Xamenei Asayiş Keşikçiləri ilə görüşdəki söhbətində maraqlı bir nöqtəyə işarə edib: Deyirlər ki, Avraam Linkoln Amerikada quldarlığa son qoyub. Amma tarixə yetərincə nəzər salanlar şahid olur ki, reallıqda belə deyil. Mövzu quldarlığın ləğvi olmayıb. Mövzu Amerikanın şimal və cənub hissələri mövzusu olub. Amerikada şimal və cənub arasında uzun, geniş və əsaslı müharibələr gedib. Bir tərəfdən torpaq sahibləri ilə əkinçilər arasında, digər tərəfdən sənayenin inkişafı ilə bağlı qarşıdurmalar yaranıb. Bəli, müharibələrin əsas səbəbi bunlardır. Hansısa insanpərvərlik səbəbindən addım atılması fikri yanlışdır.
Cənab Rəhbər Ayətullah Xamenei Amerikanın 18-ci prezidenti Avraam Linkolnun ölkədə quldarlığı ləğv etməsi ilə bağlı iddialar haqqında buyurub:
Harriyyet Biçer- Stou məşhur “Tom Dayinin koması” əsərinin müəllifidir. Müəllif 1852-ci ildə bu kitabı yazarkən təsəvvürünə də gəlmirdi ki, kitabın nəşrindən 10 il sonra kimlərsə onun bu əsərindən öz çirkin məqsədlərinin təbliği üçün istifadə edəcəklər. Bəli, bu romandan yararlanaraq Amerikada ayrıseçkiliyə son qoyulması, şimalla cənub arasında bərabərlik olması iddiaları ilə şüar verdilər. Onlar ölkədaxili müharibələrə insansevərlik donu geyindirməyə çalışdılar.
Avropalılar ilk dəfə Şimali Amerika torpaqlarına gələndə həmin ərazidə 24 milyon yerli sakin vardı. Şimali Amerikada tayfalar kaloniyalar şəklində yaşayırdılar. Yerli əhali istismarçılardan qarğıdalı və tənbəki (tütün) əkməyi öyrəndilər. Britaniyalı tacirləri yerli əhalidən qiymətli heyvan dəriləri və başqa şeylər almaqla varlanırdılar. Avropalılar Şimali Amerikaya qədəm qoyduqdan sonrakı 300 ildə yerli əhaliyə qan uddurdular. Bu on yeddinci əsrdən başlayır.
Yeni mühacirlər yerli əhalini doğma torpaqlarından çıxarır, onların yerinə qaradərili qullar gətirirdilər. Afrikadakı ağır vəziyyət şərait yaratmışdı ki, qaradərili yerli əhali avropalıların ovuna çevrilsin. Beləcə avropalılar Afrikadan əsarətə götürdükləri qaradərililəri Amerikada qul kimi yerləşdirirdilər. Güclü qul alveri gedirdi. Tacirlər bu işdən böyük pul qazanırdılar. Tacirlər qulları Amerikanın cənubuna aparıb tənbəki və düyü sahələrində işlədirdilər.
Aleksandr Mürrey Palmer Heylinin “Köklər” romanında Amerika quldarlıq faciəsinin ağırlığı gözəl təsvir olunur. Afrikadan gətirilən qaradərililər Amerikada qrup şəklində işləyirdilər. Onların üzərində əliqamçılı nəzarətçilər vardı. Qullara işkəncə verilirdi. İşin ağırlığı və işkəncələrdən cana yığılan qullar qaçırdılar. Nəzarətçilərin ixtiyarında təlim görmüş itlər vardı və bu itlər vasitəsi ilə qaçan qulları təqib edirdilər. Cəza işkəncə ilə başa çatmırdı. Qaçmış qul ələ keçirildikdə onun əllərini kəsirdilər. Belələrini qırda yandırırdılar. Bundan da ağır edam cəzaları var idi. Bəli, Amerikada burjuaziya və quldarlıq belə formalaşdı. Heyli bütün bu prosesi gözəl qələmə alır.
On yeddinci, on səkkizinci əsrlərdə qaradərili qullar tədricən Cənubi Amerika sahillərində tənbəki və düyü sahələrində işə başladılar. 1775-1783-cü illərdə Amerikada inqilabdan sonra şimaldakı mühacirlər, quldarlığın iqtisadi baxımdan səmərəli olmadığını gördülər. Onlar hiyləyə əl atdılar. Quldarlığın britaniyalılar tərəfindən gətirildiyini iddia etdilər. Beləcə şimalda quldarlıqla mübarizə şüarları verildi. Amerikanın cənubunda əsas fəaliyyət növü əkinçilik idi. Şimalda bu imkanlar yox idi. Cənubdan fərqli olaraq şimalda nə münasib hava şəraiti, nə də münbit torpaqlar var idi. 1850-1860-cı illərdə şimalda kənd təsərüfatının bəhrə vermədiyini görən sərmayədarlar dəmiryolu, bankçılıq, alış-verişlə məşğul olmağa başladılar. Burada burjuaziya formalaşmışdı ki, onlar quldarlığa qarşı çıxış edirdilər. Əksinə cənubda bərəkətli torpaqlar vardı və əkinçilik üçün şərait münasib idi. Orada pambıq, tütün, düyü və başqa məhsullar becərilirdi. Cənubdakı fəaliyyətlər şimaldakından tam fərqlənirdi. İşçi qüvvəsinə olan ehtiyac cənubda quldarlığı gücləndirdi. Cənubdakı 9 milyon əhalinin 4 milyonu qullardan ibarət idi. Şimal və cənub öncə coğrafi baxımdan bölünürdü. Amma şimal və cənub arasında mühüm fərqlərdən biri fəaliyyət növü idi. Artıq şimalda qulları saxlamaq səmərəsiz bir iş olmuşdu.
Sual oluna bilər ki, Amerikada daxili müharibənin səbəbi nə idi? Bu müharibənin iki əsas səbəbini qeyd etmək olar. Əvvəla, Cənubi Amerika ayrılmaq istəyirdi. Cənubda inqilab üçün münasib bəhanələrdən biri Linkolnun seçilməsi oldu. Şimalla cənub arasında ixtilaflar hər gün güclənirdi. 1861-ci ildə Avraam Linkoln prezident seçildi. Respublikaçılardan olan Linkoln prezident seçilməsi ilə cənubda etiraz dalğası başladı. Nəticədə geniş müharibə dörd il davam etdi. Altı yüz min nəfərə yaxın insanın bu müharibədə həyatını itirdiyi bildirilir. Təbii ki, müharibənin səbəbi Linkolnın və onun komandasının seçilməsi deyildi. Necə ki, Avstriya vəliəhdi Frans Ferdinandın və onun 28 yaşlı həyat yoldaşının 1914-cü ildə serb gənc tərəfindən qətlə yetirilməsi müharibə səbəbi sayıla bilməz. Bu birinci dünya müharibəsi üçün bir bəhanə oldu. Öz imperiyasını genişləndirmək istəyənlər belə hadisələrdən məharətlə faydalanır. Linkoln prezident seçiləndən dərhal sonra 1860-cı il, sentyabrın 20-də Karolina ştatı ABŞ-dan ayrıldı. Bunun ardınca 11 ştat öz müstəqilliyini elan etdi. Konfederasiya yaradıldı. Amerika praktiki olaraq parçalandı. 25 milyon şimalda, 9 milyon cənubda əhali vardı. Cənub Riçmond şəhərini paytaxt seçdi. Sabiq ABŞ prezidenti Franklinin Müdafiə Naziri Ceferson Devis prezident seçildi. Hakimiyyət komandası yaradıldı. Beləcə Amerika şimali və cənubi olmaqla iki hissəyə bölündü. Daxildə və xaricdə bu müharibəni qızışdıran amillər var idi. Cənubu Britaniya və Fransa himayə edirdi. Britaniya və Fransa ümid edirdi ki, cənub şimalı öz təsiri altına ala biləcək. Rusiya məntəqəyə iki dəfə hərbi qüvvə yeritdi.
Müharibə şəraiti gərginləşdikcə yeni hadisələr ortaya çıxırdı. Şimalın taktiki gedişlərindən və nüfuz əldə etmək üçün əldə saxladığı vasitələrdən biri quldarlığın ləğvi oldu. Şimal quldarlığı ləğv etməklə cənuba qarşı ittihamları gücləndirirdi. Öncə qeyd etdik ki, cənubda işçi qüvvəsinə olan ehtiyac quldarlığın davamı üçün zəmin yaradırdı. Amerika Konqresi 1862-ci ildə qulların azad olması bəyannaməsini yaydı. Bunu bir növ prezident Avraam Linkolnun adı ilə bağladılar. Müharibə gedişində cənubda General Robert Linin tədbirləri sayəsində bu regiona axın gücləndi və əməliyyatlarda bir sıra uğurlar əldə olundu. Cənub hərbi baxımdan güclənmişdi, müasir silahlar əldə etmişdi, donanmasını gücləndirmişdi. Amma zaman keçdikcə şimal hərbi üstünlüyü ələ aldı və General Robert Li Pensilvaniyada çıxılmaz vəziyyətə düşdü. Şimalın ardıcıl uğurlu əməliyyatlarından sonra 1865-ci il aprel ayının 9-da məhşur cənublu general təslim oldu. Dörd illik qanlı müharibə başa çatdı. Qul əməyi sayəsində kənd təsərrüfatının genişləndiyi bölgə şimalın qarətinə məruz qaldı. Müharibə qurtaran kimi qullar qaçmağa başladı. Amerikada yenidən bütövləşmə şəraiti yarandı. Amma Avraam Linkoln bir cənublu tərəfindən qətlə yetirildi.
Müharibənin ikinci mühüm səbəbi iqtisadi amil idi. Şimal sənaye baxımından istehsalçı idi. Avropadan idxal olunan malların nəzarəti şimalın öhdəsinə idi. Onlar bu mallara böyük qiymət qoyurdular. Cənubda isə sənayedən danışmağa dəyməzdi, yalnız qul əməyi sayəsində kənd təsərrüfatı fəaliyyətləri mövcud idi. Cənub da öz növbəsində şimala kənd təsərrüfatı malları satmamaqla təzyiq göstərirdi. Beləcə iki bölgə arasında ziddiyyətlər güclənirdi. Müharibədən öncə hər iki tərəfin rəsmiləri arasında söz müharibəsi gedirdi. Avropada böhran baş verdiyindən idxalda problemlər yaranmışdı. Cənub bundan istifadə edib şimala təzyiqi artırırdı. Heç bir halda şimalla cənub arasındakı müharibəni quldarlığın ləğvi ilə əlaqələndirmək olmaz. Quldarlığın ləğvi mövzusu bəhanədən başqa bir şey deyildi. Quldarlığın ləğvi məqsəd yox, vasitə idi.
Yanlış bir iddia da var ki, quldarlığın ləğvini Avraam Linkoln elan etmişdi. Amma Linkonlnun bəyanat və çıxışlarına nəzər saldıqda görürük ki, Linkoln belə bir mövzu irəli sürməmişdir. Ümumiyyətlə quldarlıq Linkolnu maraqlandırmırdı. O yalnız siyasi məqsədlər adrınca idi. O 1864-cü ildə Albert Hadgedə yazdığı məktubda müəyyən məsələlərə münasibətini açıqlayıb. O açıq bildirirdi ki, konstitusiyanın təsbit olunması üçün çalışır. Hətta quldarlığı saxlamaq bahasına bu işi görməkdə israrlıdır. Linkoln 1858-ci ildə Stefan Daqlasa açıq şəkildə deyib: “Xalq quldarlığı ləğv etmək ixtiyarına malik deyil. Hətta bir nəfər quldarlığa səs verirsə çoxluğun ona qarşı çıxmaq səlahiyyəti yoxdur. Linkoln açıq bildirirdi ki, qaralar və ağlar arasında ictimai və siyasi bərabərlik yaratmaq fikrindən uzaqdır. Onun fikrincə, konstitusiya hakimiyyətə quldarlığı ləğv etmək icazəsi vermirdi. Bütün bunlardan aydın olur ki, quldarlığın ləğvi bəyannaməsi sırf siyasi məqsəd daşıyıb. Linkoln həmişə quldarlığı saxlamaq bahasına da olsa siyasi məqsədlərin həyata keçməsini mühüm sayır. Məqsəd Birləşmiş Ştatların yaradılması olub. Bu məqsədə aparan yolda Linkoln quldarlığın qalmasını dəstəkləyib.
Vilayet.nur-az.com