Özbaşınalığı yaymaq qadını, onun mənəviyyatını və istedadlarını inkişaf etdirmək deyil
Tağut hakimiyyəti dövründə bizim bu qədər alim qadınımız yox idi. Bu mənim sözümdür və bunda israrlıyam. Bu gün qadın tədqiqatçıların, müəllimələrin, müxtəlif sahələrdə çalışan, düşünən, nəzər yürüdən və yazan qadın alimlərin, mütəfəkkirlərin, yazıçıların, ədiblərin, şairələrin, sənətkarların, rəssamların mütləq və nisbi sayı tağut dövründən dəfələrlə artıqdır. Qadını müdafiə adı altında hicabın, iffətin, qadın və kişi arasındakı pərdənin tamamilə götürüldüyü və bu özbaşınalığın günbəgün artdığı dövrdə hətta bəzi nümunələrdə Avropa ölkələrindən də pis əməl edirdilər. Bu gün İslam Respublikası quruluşunda hicab, çadra, başörtüyü altında qadınlardan ibarət nümunəvi düşüncə, elm, əməl adamları, siyasi fəallar, mədəniyyət və incəsənət xadimləri olduqca çoxdur. O zaman bunun bir hissəsi də yox idi, çox məhdud idi. Bu, təlqin etmək istədiklərinin tam ziddinə olan bir nəzəriyyəni gücləndirir. O da budur ki, özbaşınalığı yaymaq nəinki qadını, onun mənəviyyatını və istedadlarını inkişaf etdirmək deyil, əslində müxtəlif bərbəzəklər və bu işlərdən irəli gələn müxtəlif problemlərlə məşğul etmək və bunun özü qadınların kamiliyyə və tərəqqiyə sarı hərəkətinə maneədir.
İslam quruluşunda qoyulan məhdudiyyət qadının insani fitrətinə uyğundur; həm kişilər üçün məhdudiyyət var, həm də başqa bir formada qadınlar üçün. Bu məhdudiyyət onların enerjilərinin hədər getməməsinə və imkan daxilində yaxşı istiqamətdə işlədilməsinə kömək edir. Nəticəsi isə bu gün qadınlarda müşahidə etdiyimiz düşüncə, elm və əməl inkişafıdır. Biz bu gün buna şahidik. Bu birinci məsələ.
Əvvəllər deyilirdi və bəziləri hələ də çox nadanlıqla deyirlər ki, məgər qadınlar hicabla, şəriətlə, İslam qaydaları ilə inkişaf edə bilərlər?! Bunun real cavabı bizim cəmiyyətimizin böyük qadın toplumudur. Heç vaxt ölkədə belə vəziyyət olmamışdır; tağut dövründə də olmayıb, təlim və tərbiyə siyasətinin başqa cəhətdən nöqsanlı olduğu əvvəlki dövrdə də olmayıb. Bu gün Allaha şükür olsun ki, İslam quruluşunda bu şərait yaranmışdır. İndi universitetlərdə, elm və təhsil mərkəzlərində uğurlu qızların say çoxluğu ikinci dərəcəli məsələdir. Birinici dərəcəli olan budur ki, nümunəvi qadınlar İslam Respubilkası quruluşunda elmin müxtəlif sahələrində parlaya bilmişlər.
Ayətullah Xamenei
Vilayet.nur-az.com