
Əmirəlmöminin (ə) Fitr bayramının xütbələrinin birində buyurmuşdur: "Ey camaat! Bu gün elə bir gündür ki, yaxşı əməl sahibləri Allahdan mükafat alır". Orucun mükafatını, ramazan ayının ibadətinin mükafatını, yeyib-içməyin, nəfsani meyllərin qarşısını almağın mükafatını. "Bu gün pisəməllilər ziyankardırlar". ("Bihar əl-ənvar", c. 87, səh. 363) Pis iş görənlər, yanlış davrananlar belə bir gündə öz pis əməllərinin ziyanını görəcəklər. “Bu gün cəza günüdür. Bu gün qiyamət gününə bənzər gündür. Evinizdən məscidlərə, toplum namaz yerlərinə gedişlə məzarlardan qiyamət səhnəsinə gedişinizi xatırlayın”.
Namazxanada namaza dayanmağınızla qiyamətdə Allahın qarşısında dayanmağınızı xatırlayın". Namazxanadan evinizə qayıtdıqda qiyamət meydanından behişt mənzillərinizə qayıtmağınızı xatırlayın". Sonra buyurur: "Ey Allahın bəndələri! Allahın oruc tutan qadın və kişilərə əta edəcəyi ən az şey budur ki, ramazan ayının son günündə bir mələk onları çağıracaq və deyəcək: "Sizə müjdə verirəm, ey Allahın bəndələri, günahlarınız bağışlandı".
Bu ramazan ayının mükafatıdır. Düzgün oruca, ruhlu bir əmələ, ixlasla edilmiş ibadətə ramazan ayının son dəqiqələrində, bu əziz ayın son saatlarında belə mükafat verilir. Keçmiş günahların bağışlanması az mükafat deyil.
"Görün, bu gündən başlanan yeni günü necə başlayacaqsınız". Məbada fikirləşəsiniz ki, biz günah edək, növbəti ramazanda bağışlanarıq. Heç kim bilmir ki, növbəti ramazan ayınadək sağ qalacaq, ya yox. ...Bundan başqa, bilərəkdən edilən günah insanın qəlbini qaraldır. Belə bir insan artıq asanlıqla ixlaslı ibadət edə bilmir ki, günahı o ibadətlə yuyulsun. Çalışaq günahlardan uzaq olaq, yaxşı əməllər edək. Bir insanı xoşbəxt edən xüsusiyyət budur.
Ayətullah Seyid Əli Xamenei