Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2015

Gerçək bayram

Ramazan ayını ibadətlə, oruc tutmaqla, təvəssüllə, zikrlə, xüşu ilə keçirib Fitr bayramına daxil olmaq bir mömin üçün gerçək mənada bayramdır
Fitr namazının qunutunun duasında oxuyuruq: "Müsəlmanlar üçün bayram etdiyin bu günün xətrinə səndən istəyirik". ("Əl-İqbal əl-əmal", səh. 289) Allah-Taala bu günü bayram etmişdir. Yəni müsəlmanlar üçün həmişə xatirəli gündür. Camaatın bir yerə toplanması, günü, dövranı, yaşam tərzini yeniləmək, insanların bir-biri ilə tanışlığı. Bu cümlənin ardınca oxuyuruq: "Məhəmməd (s) üçün tədarük, şərafət, kəramət və artımdır". ("Əl-İqbal əl-əmal", səh. 289) Peyğəmbərin (s) mənəvi irsinin artması, genişlənməsidir. Biz İslam ümməti bu günü nə zaman özümüz üçün həqiqi mənada bayram edə bilərik? Peyğəmbərimiz (s) üçün şərafət və baş ucalığına səbəb olacaq vəziyyətə gətirib çıxara bilərik? Bu, o zaman olacaq ki, Peyğəmbərin əlinin hərəkətinə, işarəsinə baxaq, diqqət edək və ona uyğun hərəkət edək.

Fitrət bayramı

Ramazan ayını ibadətlə, oruc tutmaqla, təvəssüllə, zikrlə, xüşu ilə keçirib Fitr bayramına daxil olmaq bir mömin üçün gerçək mənada bayramdır. Bu bayram maddi və dünyəvi bayramlardan deyil. Bu, Allahın rəhmət bayramıdır. Bu, Allahın məğfirət bayramıdır. Bu, ramazan ayını Haqqa ibadətlə, əzəmətli ilahi ziyafətə daxil olmaqla keçirən, ramazan ayında öz gücü, imkanı həddində zikrdən, duadan, təvəssüldən, xüşudan, orucdan və namazdan faydalanan insanların təşəkkür bayramıdır. Bu, müəyyən bir müddəti ibadət və riyazətlə keçirən, ilahi mükafata ümidlə, bağışlanmağa ümidlə Fitr gününə yetən müsəlmanların bayramıdır.
Süveyd ibn Qəfələ İmam Əlinin (ə) səhabələrindəndir. Onun Əmirəlmömininin (ə) dostlarından olduğunu yazırlar. O, deyir: Fitr günü İmam Əlinin (ə) evinə getdim. Onun qarşısında süfrə açılmışdı və həzrət (ə) yemək yeməklə məşğul idi. Həzrətin (ə) qarşısına çox sadə yemək qoyulmuşdu. Elə bir yemək idi ki, ən az imkanlı adam belə hazırlaya bilərdi. Misal üçün, bir az süd, bir az da unu qarışdırırdılar. Tam yoxsul yeməyi idi. Dedim: "Ey Əmirəlmöminin! Siz bayram günü nə az əhəmiyyətli, ucuz yemək yeyirsiniz? Adətən camaat bayram günü ən yaxşı yeməklər yeyirlər. Siz bu yeməklə kifayətlənirsiz? Həzrət (ə) buyurdu: "Bu gün bayram günüdür. Bu bayram Allah tərəfindən bağışlananlar üçündür. Yəni bu günün bayram olması rəngarəng yeməklər yeməklə, uşaq tək şadlıq etməklə deyil. Bu, ilahi məğfirətə nail olanlar üçün həqiqi bayramdır". Əmirəlmöminin digər bir kəlamında buyurur: "Bu gün Allahın oruc və namazını qəbul edən üçün gerçək bayramdır. Hansı gündə Allaha üsyan (günah) olmursa, o gün bayramdır". ("Nəhc əl-bəlağə", hikmət 420) Bizim günah etmədiyimiz gün bayram və şadlıq günüdür. Əlbəttə, Fitr bayramında bir-birimizi təbrik etmək tövsiyə olunmuşdur. Yeni geyimlər geyinmək, o günü bayram və şadlıq etmək tövsiyə olunmuşdur. Amma bu bayramın özəyi mənəviyyata diqqətdən, əfv diləməkdən, Allahdan bağışlanmaq istəməkdən ibarətdir.

Ayətullah Seyid Əli Xamenei


6514 بازدید
در حال ارسال اطلاعات...