
Roma Papası hamını şoka saldı. Onun yeni “islahatları” nə bəşər, nə də Allah qanunlarına uyğundur. Nə istəyir Papa Frensis?
Məşhur Martin Lüter kotolik kilsəsinə qarşı vuruşurdu. Məsihilikdə protestantlığın bünövrəsini qoyan Lüter oldu. İndi bəziləri Frensisdən belə bir addım gözləyir.
Kotolik kilsəsi xristian dünyasında aparıcı rola malikdir. Bu kilsə İsa Məsih İncilinin yayılması, kilsənin dini hakimiyyət tərəfindən idarəsi, xeyriyyəçiliyi qarşıya məqsəd qoyub.
Xorxe Mario Berqalio 16-cı Benediktin istefasından sonra ilk qeyri-avropalı papadır. O öz son çıxışlarında islahatları əsas məqsədi kimi qeyd edib. Frensis adını qəbul etmiş Xorxe Mario Berqalio əvvəlcə sabiq papanın vaxtındakı yanlış etiqadları aradan qaldırmağa qərar verdi. O demişdi ki, təfəkkür və dua yolu ilə yeni etiqadlar əldə ediblər. Guya kilsə artıq cəhənnəmə inanmır. Guya cəhənnəmə inanc insandakı ilahi eşqi öldürür. Guya Allah hakim yox, sadəcə dostdur. Papanın sözlərinə görə, Adəm və Həvvanın əhvalatı əfsanədir, cəhənnəm tənha ruha işarədir. Guya Allahın bəşəriyyət üzərində hakimiyyət məqsədi yoxdur.
Papa Frensis bütün dinləri haqq sayır. Bunu dinlərin insan qəlbindən qaynaqlanması ilə əsaslandırır. Guya imanlı insanın qəlbindən gələn nə varsa haqdır. Papa deyir ki, kilsə əxlaq məsələlərində səhvə yol verib, bu gün artıq kilsənin hakimiyyət iddiasına son qoyulub. Guya kilsə artıq bütün insanların üzünə açıqdır, o camlədən mavilərin. Papa liberalistləri, konservatorları, abort tərəfdarlarını, bir sözlə bütün qrupları, cinahları, patiyaları kilsəyə qatılmağa çağırıb.
Frensis hesab edir ki, İncil gözəl kitab olsa da bu kitabda vaxtı ötmüş hökmlər var. Frensisin birmənalı qarşılanmayan kəşflərindən biri də qadınların Roma Papası olmaq səlahiyyətidir.
Bəziləri ümid edirdi ki, Frensis kilsəni doğru yola yönəldə biləcək. Amma yuxarıda deyilənlər göstərir ki, yeni papa kilsəni əvvəlkindən daha artıq yanlışlığa sürükləyir. Onun tutduğu yol kilsə yoludur, yoxsa qərb mədəniyyəti yolu? Bu sual ətrafında diskussiyalar güclənməkdədir.
Frensis kilsənin geri qaldığını iddia edir. Hansı ki onun islahatları qərb mədəniyyətinin bütün dinlərə zidd mahiyyətindən başqa bir şey deyil. İnsani dəyərləri, əxlaqı, dini örtüyü səhnədən çıxaran qərb mədəniyyəti deyilmi?! Maraqlıdır ki, nə üçün kilsə bu yolu tutmalıdır? Nə üçün kilsə qərb mədəniyyətinin homoseksualizm kimi dağıdıcı layihələrinə qarşı çıxmır? Baş verən hadisələr göstərir ki, kilsə kilsə olaraq ölüm ayağındadır. Bir zaman Tövrat da beləcə təhrif edilib. Beynəlxalq sionizm təkcə torpaqları işğal etmir, onun əsas hədəflərindən biri də din və mənəviyyatdır. Sionizm Həzrət Musanın təlimlərində təhrif olunmamış dəyər saxlamayıb. Dinin zahirini saxlamaqla onun mahiyyətini dinə qarşı yönəldiblər. Hətta masonlar bütün inanclara qənim kəsilmiş yeni dünya nizamını din pərdəsi altında qururlar.
Görən kilsə öz fəaliyyətlərində deyilənlərlə kifayətlənəcəkmi? Qərb hakimiyyətinin rəngi dini bütünlüklə boyamaqda deyilmi?
Sionizm qeyri-insani proqramlarını həyata keçirmək üçün dini əsas maneə sayır. Amma öz işlərində tələsmirlər. Onlar cəmiyyəti tədricən dini dəyərlərdən uzalaşdırırlar. Homoseksualizm, vətəndaş nikahı kimi hadisələr reallaşdıqca dinin səhnədən çıxması təbiidir. Ailə institutu dağılan cəmiyyətdə hansı dindən danışmaq olar?!
Frensis dini bililərinə istinadan hökm versə də hər sğzünün arxasında sionizmin kolğəsi görünür. Bu gün qərb mədəniyyətini ortaya qoyan, dini təlimləri səhnədən çıxaran məhz sionistlər, yevangelistlərdir. Onlar papanın islahat adlandırdığı layihələri razılıqla qarşılayırlar.
Frensis iddia edir ki, təəssübü kənara qoymaq vaxtı çatıb. Hansı ki sionist təəssübü bütün dünyanı cəhənnəmə çevirməkdədir. Kilsə öz mövqeyi ilə əslində protestanlığa, yevangelistliyə yaxınlaşmaqdadır. Bu kilsə ən toxunulmaz prinsipi olan “Məsihin çarmıxa çəkilməsi günahı yəhudilərin üzərinə düşür” prinsipindən imtina edib.
Əmir Rizvani
Nur-az.com