Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyul 2015

İbadət – Bəşər ruhunun ehtiyacıdır

Psixi xəstəliklərin artmasının əsasa səbəbi də məhz camaatın ibadət və pərəstişdən uzaq düşmələridir
Zamanın heç vaxt təsir qoya bilmədiyi, dəyişiklik edilməyin və qüvvədən düşməyin mümkün olmadığı sabit xülqlərdən biri də pərəstiş və ibadətdir. Bəşərin ruhi ehtiyaclarından biri də pərəstişdir. Pərəstiş o halətə deyilir ki, onda insan öz batini nahiyyəsindən onu yaradana, bütün müqəddəratı onun qüdrət əlində olan bir həqiqətə tam mənada diqqət yetirir, özünü ona tam mənada möhtac bilir. Həqiqətdə bu, insanın məxluqdan Xaliqə doğru etdiyi seyrdən ibarətdir. Bu məsələnin özü malik olduğu hər hansı bir faydasını nəzərə almasaq belə, bəşərin ruhi ehtiyaclarından biridir, onun tərk edilməsi bəşərin ruhunda müvazinət halının pozulmasına gətirib çıxarır. Sadə bir misal qeyd edirəm: Yük heyvanlarının üstünə salınan xurcunların hər iki gözünə bir-birini tarazlayacaq qədər yük qoyulmalıdır. Bir tərəf dolu, o biri tərəf isə boş olsa tarazlıq yarana bilməz. İnsanın varlığında çoxlu təmin olunmamış boş yerlər vardır, onun qəlbində çox şeylərin yeri vardır. Hər hansı bir ehtiyac təmin olunmazsa, insanın ruhu o cəhətdən iztirablı və qeyri-mötədil, tarazlıq və müvazinəti pozulmuş olacaqdır. Əgər insan bütün ömrü boyu ibadətə məşğul olsa, amma özünün sair ehtiyaclarını təmin etməsə, təmin olunmayan ehtiyaclar onu narahat edəcəkdir. Bunun əksi də bu cürdür: İnsan həmişə maddiyyatın ardınca gedərsə, mənəviyyatı üçün heç bir vaxt qoymazsa və ona diqqət yetirməzsə yenə də onun ruhu həmişə narahat və iztirablı olacaqdır.
Nehru cavanlıq yaşlarında dinsiz bir insan idi. Amma ömrünün axırlarında onda mənəvi bir dəyişiklik baş vermişdi. Onun özü belə deyir: Mən həm öz ruhumda, həm də dünyada bir boşluq, sanki boş bir yer hiss edirdim ki, mənəviyyatdan başqa heç bir şey onu doldura bilməzdi. Dünyada meydana gələn bu iztirabın səbəbi onda mənəvi qüvvələrin zəiflədilməsi idi. Bu tarazlığın pozulmasının da səbəbi məhz bundan ibarətdir.
İnsanın doğrudan da ibadət və pərəstişə bir ehtiyacı vardır. Psixi xəstəliklərin artmasının əsasa səbəbi də məhz camaatın ibadət və pərəstişdən uzaq düşmələridir. Biz bunu hesab etməmişdik, amma bilin ki, belə bir şey vardır.
Namaz bütün şeylərdən öncə evin təbibidir, belə ki, idmanın sağlamlıq üçün faydalı, təmiz suyun hər bir evə lazım olduğu kimi, pak havanın hər kəsə tənəffüs üçün zəruri olduğu kimi, sağlam gigieniya və iaşəçilik normalarına riayət olunaraq hazırlanan yeməklərin insana lazım olduğu kimi namaz da insanın mənəvi sağlamlığı üçün zəruridir. Siz bilmirisiniz ki, əgər insan gün ərzində müəyyən vaxtını Pərvərdigar ilə raz-niyaza, münacata ayırsa onun ruhu nə qədər pak olar! Onun ruhuna əziyyət verən amillər bir namazın vasitəsilə yox olub arada gedir.

Ustad Şəhid Mürtəza Mütəhhəri


6267 بازدید
در حال ارسال اطلاعات...