“Bütün kainat Allahın hüzurundadır!” – deyəndə (İmam Xomeyni) onu bizim eynəyimizin dar baxışları ilə kiçik hissələrə ayırmamışdı. O, bütün aləmi, batin və xarici, gizli və aşkarı, qaib və zahiri, əzəldən əbədiyədək hər bir varlıq və hadisəni nəzərə alaraq demişdi ki, belə ülvi varlığın önündə günah və məsiyət etməyin. O, günah deyəndə də, insandan hansı – istər xarici, istər batini, istər obyektiv aləmdə, istər bu gün əksəriyyəti özünə cəlb edən kiberfəza kimi məcazi dünyalara qədər baş verə biləcək hər hansı xəta, qəbahət, günah və cinayəti nəzərdə tuturdu. Elə düşünməyək ki, bugünkü elektronika kiberfəza aləmi özbaşına, bizim iradəmizdən asılı olmadan mexaniki rəftar edir. Bəlkə də, bu fəzanı klaviatura düymələri arxasındakı neqativ surətlərin əsl çöhrəsinin büruzə verdiyi məkan adlandırmaq daha yaxşı olar və bəlkə də, çoxları əsl batini simasını burada nümayiş etdirir desək yanılmarıq. Demək, kimsə bu cihazın hər hansı düyməsini basdıqda, nəyi, haranı və kimi nəzərdə tutduqda onun arxasında fəaliyyət göstərən iradənin sonradan obyektiv aləmdə, daha doğrusu, qarşı tərəfdə nə kimi təsiri barədə məsuliyyət daşıdığı barədə dərindən düşünməmiş onlara əl uzatmasın...
Nur-az.com/rovza-news