Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2015

Vilayəti-fəqih xalqın səsinin zəmanətçisidir!

Demokratiyanın qılıncı İslam Respublikasının zülfüqarı qarşısında
Vəhid Cəlili

Xüsusi vurğulamaq istədiyim nöqtə bundan ibarətdir ki, İslam Respublikası və İslam Demokratiyasının nailiyyətləri hədəfə alınıb, eləcə də biz lazımi həddə diqqətli olmasaq xalqın düşüncəli və azad rəyi itirilə bilər.
Fars informasiya agentliyi yazır ki, Vəhid Cəlili Tələbə Ədalət Hərəkatının ümumölkə toplantısında çıxışında İran-dünya münasibətləri ilə bağlı zəruri nöqtələrə toxunub. Həmin çıxışın xülasəsini oxuculara təqdim edirik.

Bismillahir-Rəhmanir-Rəhim.
İki nöqtə vurğulayıb, əsas mövzuya keçəcəyəm. Əmirəlmömininin (ə) Şəqşəqiyyə xütbəsini yadınıza salıram. Bu xütbədə düşündürücü nöqtələr çoxdur. Əvvəllər respublikanın təcrid olunması ilə bağlı danışmışıq. İndi isə Allah-Taalanın alimlərdən, mütəfəkkirlərdən aldığı vəd barədə söhbət etmək istəyirəm. Allah-Taala alim və mütəfəkkirlərdən vəd alıb ki, zalımın qarınqululuğu və məzlumun aclığı qarşısında sakit dayanmasınlar. Bu məsələyə iki yöndən baxmaq olar. Biri budur ki, elmi çevrələr, tələbələr və universitet əhli ictimai ədalətə diqqətli olmalıdır. Bu məsələlərə münasibətdə məsuliyyətli olmalıyıq, bir növ başımız kolda qalmamalıdır. İctimai problemləri araşdırmaq, özümüzdə və başqalarında ədalət istəyini dirçəltməliyik.
Digər tərəfdən, əmirəlmömininin (ə) təbirincə, cəmiyyətdə ədalət bayrağı alim və mütəfəkkirlərin əlində olmalıdır. Səthi düşüncəli insanların əlinə bayraq vermək olmaz. Mövzuya elmi yanaşmayan insanlar onun dərinliyinə vara bilmir. Mən əvvəlki illərdə təklif etmişəm ki, əmirəlmömininin (ə) Şəqşəqiyyə xütbəsi Tələbə Ədalət Hərəkatının manifesti elan olunsun. Bu xütbədə düşünüləsi nöqtələr çoxdur.
Bir müqəddimə ilə əsas mövzuya keçmək istəyirəm. Bu müqəddimə nədir? Mövzuya alimanə baxış nə deməkdir? Ədalət istəyində olan insanlar bu məsələyə necə baxmalıdır? Əmirəlmöminin (ə) başqa bir hədisdə buyurur ki, ədalət istəyi hər şeyin öz yerində olmasını istəməkdir. İnsan hər şeyin harada yerləşməli olduğunu bilməlidir.
Bu gün cəmiyyətimizdə, ictimai fikirdə, informasiya vasitələrində, siyasi müstəvidə çeşidli mövzularla üzbəüzük. Ziddiyyətli yox, çeşidli deyirəm. Məsələn müqavimət iqtisadiyyatı və ya müstəqillik mövzusu. Məcazi atmosver, milli mənafelər kimi aktual mövzular var. Xüsusi ilə tələbələrlə söhbət edəndə belə bir nigarançılıqla üzləşirsən ki, qarşı tərəf hansı sahədə fəaliyyət göstərməyin daha mühüm olduğunu bilmək istəyir. Cənab Rəhbər bütün mühüm məsələləri gündəmə gətirib. Bizim bütün bu ideyaları eyni vaxtda həyata keçirməyə nə qədər vaxtımız var? Bu günün zərurəti İslam inqilabının prinsipial məsələlərinə kompleks baxmaqdır. Belə bir ehtimal da var ki, bu ideyalar bir sistemin elementləri yox, eyni müstəvidə olan məsələlərdir. Bir növ hərəsi ayrıca bir mühərrikdir, bir mühərrikin daxilindəki çarxlar deyillər. Mözuya belə yanaşma nəticəsində bir tərəfli inkişafa şahid oluruq. Bir sahəyə qədəm qoyan insan düşünür ki, onun başqa sahələrlə bağlı məsuliyyəti yoxdur. Məsələn biz elm istehsalı sahəsində çalışırıq. Cəmiyyətin sağlamlığının müdafiəsində dayanmışıq. Respublika bir mövzudur, İslam başqa bir mövzudur. Biz hazırda islami dəyərlərə görə nigaranıq.
Düşünürəm ki, bu gün ən əsas mövzulardan biri İslam İnqilabının prinsiplərinə kompleks şəkildə baxmaqdır. Onlar arasındakı rabitə və münasibəti öyrənmək lazımdır. Bəlkə də bütün istəklərimizi uzun illər səsləndirdiyimiz bir şüarda xülasə etmək olar: İstiqlal, Azadlıq, Respublika, İslam (İslam Respublikası)!
Burada dörd mövzu var: Müstəqillik, azadlıq, respublika, İslam.
İslam İnqilabının müdafiəçisi olan fəal insan ən azı bu 4 mövzunu bir sistemdə nəzərdən keçirməlidir. İstiqlaliyyət, azadlıq, cümhuriyyət və islamiyyət eyni bir sistemdə sıx rabitədədir. Əgər bu 4 məfhumu paralel olaraq araşdırıb dərk etməsək birinə diqqət o birini kölgədə saxlamağa bərabər olar. Birtərəfli yanaşma sayəsində bu dəyərlərin zərbə altda qalması keçmişdə baş verib. Bəziləri İslam adı altında cümhuriyəti vurub. 88-ci ildəki fitnəkarlıq buna bir nümunə ola bilər. Həmin qüvvələr İslam qurumlarına təzyiq göstərirdilər ki, respublikanın nailiyyətləri ikinci plana keçsin. Vəliyyi-Fəqihə, Nəzarət Şurasına təzyiq göstərilirdi ki, quruluş İslam quruluşudur və seçkilərin nəticələrinə veto qoyula bilər. Bir növ respublikaçılıq ayaq altına alınırdı. Səhnədə həm də respublikaçılığın müdafiəsində dayanmaqla İslamı vuranlar var idi.
Maraqlıdır ki, hər iki işi görən eyni bir qrup idi. Bir müddət demorkatiya və respublika dəyərləri adı altında İslam dəyərlərinin üzərinə hücuma keçdilər. Başqa bir dövrdə İslam dəyərlərinin müdafiəsi adı altında respublika dəyərləri hədəfə alındı. Əslində onlar üçün nə respublika, nə də İslam möhtərəm idi. Onlar nə islamiyyətə, nə də cümhuriyyətə inqilabın idealları kimi baxırdılar.
Bu gün mehvər bir mövzu üzərində dayanmaq istəyirəm. Bu, respublikaçılıqla rabitəsi olan müstəqillik mövzusudur.
Müstəqillik respublikaçılığın zəruri şərtidir. İslam Respublikası üçün müstəqillik bir meyardır. Nədir müstəqillik? Müstəqillik xarici güclərdən asılı olmamaqdır. Biz belə bir asılılığın acı təcrübəsini yaşamışıq. Zahirdə İngiltərə və Amerika kimi imperialist dövlətlər İranın müstəqilliyinə müdaxilə etməsə də, reallıqda şah rejimini nəzarətdə saxlayan onlar idi. Bütün dövlət orqanları onların təyin etdiyi siyasətlər əsasında fəaliyyət göstərirdi.
İslam İnqilabı ilk addımdan müstəqillik istəyi bayrağı ilə irəli getdi. Bu gün bəziləri universitetlərdə pıçıldaşıllar ki, İslam İnqilabında Amerikaya ölüm şüarı olmayıb. Güya bu şüar 58-ci ilin, inqilabdan sonranın şüarıdır. Güya heç bu xalq inqilabda dünya imperializminə qarşı olmayıb. Xeyr belə deyil. Düzgün deyil ki, xalq yalnız daxili istibdadı aradan qaldırmaq üçün inqilab etdi.
İslam İnqilabının yalnız daxili istibdada qarşı olması, dünya imperializminə qarşı çıxmaması iddiası bəzən məlumatsızlıqdan olur. Bəzi gənclərimiz inqilab tarixi ilə yaxşı tanış deyil. İnqilabın bünövrəsi 41-ci ildə qoyuldu. İmamın Amerikanın nüfuzunun artmasına etirazı başlanğıc nöqtə idi. O zaman Amerika diktə edir, şah Amerikanın əmrlərini yerinə yetirirdi. Sonra cəmiyyətdə bir hərəkat yarandı. Elm hövzəsi səhnəyə gəldi. İmam bu meydanda dayanıb mübarizəyə başladı. 43-cü il, 13 abanda imamın çıxışını yada salsaq bütün çıxış müstəqillik barədə olub. Mən Tələbə Hərəkatının bütün üzvlərindən xahiş edirəm ki, imamın həmin çıxışına təkrar nəzər salsınlar. Mən həmin bəyanatı cümlə-cümlə təhlil etmək istəmirəm. İmam o zaman buyurmuşdu ki, bütün problemlərimiz Amerikadandır. Bu sözlər 43-cü ildə deyilib. 58, 59-cu ilin sözü deyil.
Kapituliyasiya mövzusu ortaya gələndə etiraz başladı. İmamın dini qeyrəti onu sakit dayanmağa qoymurdu. Alovlu çıxışlar edirdi. Təbii ki, dərhal həbs edildi, sürgünə göndərildi. Maraqlıdır ki, imam məhz Amerikaya qarşı çıxdığı üçün sürgün edildi. Bir təqlid mərcəsi, dini şəxsiyyət, böyük alim onun ölkəsinə öz iradəsini diktə edənlərə qarşı çıxdığı üçün sürgün edildi. İmam 15 il sürgündə qaldı. Xalq inqilab edib onu geri qaytardı.
Biz inqilab etdik, 32-ci ildə Amerikanın dəstəklədiyi çevirilişlə hakimiyyətə gəlmiş diktator şahı ölkədən qovduq. Sonra nə baş verdi? Sonra şahlıq quruluşu respublika quruluşu ilə əvəz olundu.
Bu şiə ruhaniyyətinin iftixarıdır ki, neçə min illik şahlıq rejimini xalqın iradəsi əsasında qurulmuş bir hökumətlə əvəz etdi. Respublika bayrağını imam göyə qaldırdı. İmam o qədər sevinirdi ki, onun təklif edəcəyi istənilən bir üsul-idarə qəbul olunacaqdı. Xalq imamın seçiminə səs verəcəkdi. Amma imam respublika quruluşunu seçdi.
Beləcə müstəqil olduq. Ölkəmiz azad ölkə oldu. Respublika gəldi, müstəqillik və azadlığın bünövrəsi qoyuldu. Artıq heç bir güc bu xalqa öz iradəsini diktə edə bilməz. Xalq demokratiyasının meydana gəlməsi ilə diktaturanın sonu çatdı. Heç bir daxili qüvvə xalqa öz iradəsini zorla qəbul etdirə bilməz. Bu İslam Respublikasının iftixarıdır. Cənab Rəhbər Ayətullah Xamenei 1393-cü il, 14 xordadda İmam Xomeyninin (r) hərəmində bu barədə danışdı.
Respublika bizdən nə tələb edir? Respublika odur ki, seçkilər keçirilsin. Qanun çərçivəsində rəqabət aparılsın. Xalqın qarşısında müxtəlif seçimlər olsun. Xalq düşüncəli və azad şəkildə səs versin.
Bu respublikanın zərurətləri, onun yaşaması şərtləri var. Zəruri şərtlərdən biri budur ki, seçkiyə gedənlərə eyni şərait yaradılmalıdır.
Öncə qeyd etdim ki, bu respublika üçün təhlükəli bir nöqtədən danışmaq istəyirəm. Əgər düşüncəli və diqqətli olmasaq, xalqın düşüncəli və azad səs verməsi qarşısında problem yaranacaq. Yəni adı respublika olacaq, mahiyyəti respublika olmayacaq. Bu nə deməkdir? Yəni xalqa deyiləcək ki, səs verin, amma onlara necə səs vermək sahəsində təsir göstəriləcək. Necə ki, Amerikada, Qərb dünyasında belədir.
88-ci il fitnələrində bəziləri deyirdilər ki, kənd əhalisi filankəsə səs versə də, onların səsinin dəyəri yoxdur. Deyirdilər ki, kənd əhalisi müəyyən maraqlara görə səs verir. Məsələn onlar üçün yol çəkilib, kəndlər qazla təmin olunub. Güya belə bir rəyin dəyəri yoxdur. Onlar bu səsləri azad səs saymırdı. Bu əsasla seçkiləri hədəfə alır, onların nəticəsini mötəbər saymırdılar. Həqiqətdə necədir, vətəndaşın belə bir şəraitdə səs verməsi düzgündürmü?
Burada başqa bir mövzuda danışmaq lazım gəlir. Hədə-qorxu altında verilən səs də belədirmi? Məsələn seçkidə bir tərəfin əlində iqtidar olsun, o biri tərəf bu imkandan məhrum qalsın? Məsələn birinin imkanı var ki, xalqı müəyyən hədə-qorxularla ona səs verməyə məcbur etsin. Desin ki, mənə səs verməsəniz müharibə olacaq. Mənə səs verməsəniz sanksiyalar olacaq. Əslində bu baxış demokratiya qılıncını xalqın başı üzərində saxlayan Qərbin baxışıdır. Son dövrdə Cənab Rəhbər bu barədə dəfələrlə danışıb. Nüvə müzakirələrinə də Qərb ölkənin daxili işlərinə müdaxilə üçün vasitə kimi baxır. Əgər Damokl qılıncı xalqın başı üzərindən götürülməsə İslam Respublikasının zülfüqarı üçün təhlükə yaranacaq. Bu problem yeni yaranmış demokratik quruluşun qarşısında ciddi problemdir. Mütəxəssislər yaxşı bilir ki, Qərb bu məntəqədə demokratik quruluş istəmir. Qərb Yaxın Şərqdə və ya Cənab Rəhbərin buyurduğu kimi Cənub-Qərbi Asiya və Şimali Afrikada diktatorlarla həmkarlıq etməyə üstünlük verir. Bu ölkələr demokratiyadan nə qədər uzaq olsalar Qərbə bir o qədər sərf edir. Baxın görün bizim regionda Amerika ilə hansı ölkələr yaxşı münasibətdədir? Bu günə qədər seçki qutusunun rəngini görməmiş Səudiyyə Ərəbistanı Amerikanın ən yaxın müttəfiqidir.
Amerikanın Şimali Afrikada hansı dövlətlə münasibəti yaxşıdır? Misirlə! Hüsni Mübarəkin 30 il seçkilərə tənha getdiyi bir ölkə! Onlar seçkilərin nəticəsini deyəndə istehsa yaranırdı. Xalqın 15 faizi seçkilərə qatılırdı və bu 15 faiz yekdilliklə Hüsni Mübarəkə səs verirdi. Belə bir şəraitdə Amerika Misirlə 30 ilə yaxın dost oldu. Son dövrdə Misirdə hakimiyyətə gələn Müsəlman Qardaşları çox çalışdılar ki, özlərini İrandan uzaq göstərsinlər. Hətta İsrailin səfirliyini bağlamaq barədə düşünmürdülər. Əvəzində Suriyanın səfirliyini bağladılar. Bütün bunlara baxmayaraq Misirdə demokratiya hiss edən Qərb Müsəlman Qardaşlarını həbsxanaya göndərdi. Onlar üçün ən qorxulu şey bu məntəqədə bir xalqın öz taleyini öz əlinə almasıdır. Onlar hətta məcbur olub demokratik şüarlarla razılaşanda demokratiyanın formal tətbiqini nəzərdə tuturlar. Heç bir xalq həqiqi demokratiyaya qucaq aça bilməz.
Bu gün İran İslam Respublikasında da belə bir təhlükə yaranıb. Demokratiyanın nailiyyətlərini ədalətsiz rəqabətlərə qurban vermək istəyənlər var. Açıq-aşkar onların istəyinə tabe olmadıqda təzyiq göstərir, sanksiyalara əl atırlar. Demokratiyanın mahiyyətinə düşməndirlər. Amerika siyasiləri İranda seçkilərin bu şəkildə azad keçməsindən çox narahatdırlar.
Növbəti mövzuya keçmək istəyirəm. Əgər bu gün müqavimət iqtisadiyyatından danışırıqsa onun müstəqilliklə rabitəsini aydınlaşdırmalıyıq. Onun azadlıqla, respublikaçılıqla münasibəti necədir? Deyə bilərik ki, müqavimət iqtisadiyyatı demokratiya və respublikaçılığın ən üstün şəkildə müdafiəsidir. Xalqın səsinin qorunmasında müqavimət iqtisadiyyatı böyük təsirə malikdir. Nə üçün bəziləri müqavimət iqtisadiyyatına ciddi yanaşmır? Çünki bu onların siyasi mənafeyinə ziddir. Onlar həmişə bir kəndxuda arzusunda olublar. Elə bir kəndxuda ki, dünyada xalqlara öz iradəsini qəbul etdirsin. Onların nəzərincə demokratiyanın, respublikanın adı yaxşıdır, mahiyyəti yox. Həqiqi demokratiya olan yerdə xaricilər ölkəyə iradəsini tətbiq edə bilmir. Onlar elə bir demokratiya və respublika arzusundadır ki, xalq onların istəyinə səs versin.
Biz bu gün müqavimət iqtisadiyyatına nə qədər biganə qalsaq, diqqətlə yanaşmasaq, ideal nöqtədən aralı dayansaq respublikada gərginlik artacaq. Bu xalq yalnız xarici güclərdən asılı olmamaqla rahat yaşaya bilər. Müqavimət iqtisadiyyatı buna xidmət edir. Müqavimət iqtisadiyyatı respublikanı daxildən gücləndirir.
Bu gün universitetlərdə, tələbə mühitində yenə də “İstiqlal, Azadlıq, Respublika, İslam” şüarı səslənməlidir. Əgər gənclərimiz, tələbə və müəllimlərimiz oyaq olsalar, İslam ideallarını dəqiq dərk etsələr, fitnələrə, şübhələrə təslim olmazlar. Əgər 4 dəyərə kompleks şəkildə yanaşıb, onları ədalətlə dəyərləndirsək onlar paralel şəkildə inkişaf edər.
Müstəqillik İslam Respublikasının sağlamlığının ən mühüm zamənətidir. İslamiyyət də belədir. Bunu 88-ci ilin fitnəkarlıqlarında gördük. Vilayət, demokratiya, islamiyyət və cümhuriyyət nəinki bir-birinə zidd deyil, əslində bir-birini tamamlayır, bir-birinə zəmanətdir.
Siz Pakistan və Türkiyədə yarımçıq demokratiyanı görə bilərsiniz. Ötən 30-40 ildə bu demokratik ölkələrdə dəfələrlə çeviriliş olub. Hansı ki, bu iki ölkədə Ərəbistan, Əmirlik, Bəhreyn və Misirdəki kimi diktatura quruluşu deyil. Yəni zahirən demokratik quruluşdadırlar. Bununla belə ölkələrində çeviriliş baş verir. İran İslam Respublikası Vilayəti-Fəqihin nəzarəti sayəsində xalqın rəyi ilə siyasət yürüdür. Onlar Bəni-Sədrə, cənab Ruhaniyə, cənab Əhmədinejada, cənab Xatəmiyə, cənab Haşimiyə rəy verməkdə azad olublar. Vilayəti-Fəqih həmişə xalqın azad səs verməsini təmin edib.
Söhbətimi yekunlaşdırıram. İstiqlal bu gün mühüm mövzudur. Bu gün istiqlalı hədəfə alıblar. Deyirlər ki, müasir dünyada istiqlalın mənası fərqlidir. Əsl məqsədləri respublikanı qurmaqdır. Bir ölkədə hər vətəndaşın səs verə bilməsi onlara ağır gəlir. 88-ci ildə onların ağrısını gördük. Onların maskası elə yırtıldı ki, açıq dedilər: “Məgər ayaqyalın biri zadəganla eyni səsə malik ola bilərmi? Bu neçə məntiqdir?” Bunu açıq dedilər.
Əgər biz bu gün dünyaya hökm oxuyan zalım sistemi qəbul etsək, qəbul etsək ki, bütün dünyanı bir kəndxuda idarə etməlidir, bu zaman öz ölkəmizin daxilində də həmin sistemə uyğun bir hakimiyyət iş başına gəlməlidir. Belə bir vəziyyətdə xalqa, seçkiyə, respublikaya ehtiyac qalmır! Onların nəzərincə güc bir qüvvənin əlində olmalıdır. Elə Amerikada da belədir. 200 ildir iqtidar iki partiya arasında yerini dəyişir.
Amerikada respublikaçılar və demokratlar növbə ilə eyni bir siyasəti yürüdür. Bu iki partiya arasında nə fərq olduğunu kimsə bilmir. Demokrat Obamanın öz konservator rəqiblərindən fərqi nədir? Buşla Klinton arasında nə fərq var? Ən böyük fərq budur ki, biri vergini 2/10, o biri isə 3/10 təklif edir. Bir oyun gedir. Əgər İrandakı seçkiləri Amerikadakı seçkilərlə müqayisə etsəniz hansı ölkədə xalqın səhnədə olduğunu aydın görərsiniz. Mən demirəm ki, bizdə namizədlər arasında fərq Amerikadakından böyükdür. Mən xalqın iştirakını nəzərdə tuturam. 200 ildir Amerika xalqı iki imperialist yönlü partiyadan birinə səs verməyə məcburdur.
Amerika öz modelini İrana qəbul etdirmək istəyir. Deyirlər ki, siz Ərəbistan kimi olmasanız da, respublika qurmusunuzsa da, bizim kimi respublika qurun. Xalqın azad səs verməsini əngəlləməyə çalışırlar. Hədə-qorxu gəlir, sanksiya tətbiq edirlər. Bizim xalqın səsini sanksiyalarla dəyişmək istəyirlər. Budur azadlıq? Yüzlərlə informasiya şəbəkəsi xalqımızın rəyini dəyişməyə çalışır. Çalışırlar hər şey Amerikadakı kimi olsun. Cənab Rəhbərin buyurduğu kimi, İslam Respublikasında xalqla dövlət arasında sözdə və qəlbdə birlik var. Onlar isə xalqı hədələməklə onu hakim partiya kimi düşünməyə sürükləyirlər. Cənab Rəhbər 20 fərvərdində qəlbdə və sözdə birliyin şərtlərini açıqladı. İran İslam Respublikasında xalqın rəyi hədə-qorxu yox, dialoqlarla müəyyənləşir. Bu ölkədə Amerikadakı kimi xalq fironsayağı təhqir olunmur. Xalqın özünə inamı əlindən alınmır. Əgər Amerikada xalqa aciz olduğu təlqin edilirsə, İranda xalqa son söz sənindir deyilir.
Amerika bu gün İranda öz məqsədlərini həyata keçirməyə çalışır və bundan ötrü bütün yollara əl atır. Biz bunun qarşısında dayanmalıyıq. İstiqlal, azadlıq, respublikaçılıq, islamiyyətin nə olduğunu açıb ortaya qoymalı, bu 4 prinsipin yanaşı şəkildə xalqı xoşbəxtliyə apardığını sübuta yetirməliyik. Əgər düzgün təhlil aparılsa, inqilabın idealları xalqa çatdırılsa mərhələli şəkildə irəli gedə bilərik. Əgər kompleks yanaşma olmasa, bir prinsipi inkişaf etdirmək o birini zəifləməyə aparsa, ciddi bir təhlükə ilə üzbəüz qalacağıq.

Vilayet.nur-az.com


6271 بازدید
در حال ارسال اطلاعات...